Xəbərlər

13.11.2017

Qazax rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

Dövlət Məşğulluq Xidmətinin tapşırığı əsasında 10 noyabr 2017-cü il tarixdə Qazax rayon Məşğulluq Mərkəzində 25  idarə, müəssisə və təşkilat rəhbərlərinin, RİH aparatının nümayəndələrinin, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvlərinin iştirakı ilə yuxarıda qeyd olunan mövzuda dəyirmi masa keçirildi.

Toplantını giriş sözü ilə Qazax rayon Məşğulluq Mərkəzinin İşaxtaran və işsiz vətəndaşlarin sosial müdafiəsi sektorunun müdiri Mehriban Süleymanova  açdı. Mövzu ilə bağlı Mərkəzin baş məsləhətçi mühasibi Aqil Əmrahov  ətraflı və geniş formada izahat verdi.

Dəyirmi masada  əlaqələndirmə komitəsinin üzvü Y.Əkbərovun, Qazax rayon Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsində çalışan Xalidə Hacıyevanın çıxışları dinlənildi.

Mərkəzin baş məsləhətçisi Xalidə Hacıyeva  işəgötürənləri sosial tərəfdaşlığa və sosial əməkdaşlığa dəvət etməklə toplantını yekunlaşdırdı.