Xəbərlər

11.01.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti peşəyönümü tədbiri keçirilmişdir.

     Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə qrafikə uyğun olaraq 2018-ci ilin yanvarın 10-da İsmayıllı rayon Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən  A. Aslanov adına şəhər 2 saylı tam orta  məktəbində məktəb kollektivinin, şagirdlərin və onların valideyinlərinin  iştirakı ilə müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideyinlərin rolu” mövzusunda tədbir keçirilmişdir. 

29.12.2017

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ilin dekabr ayının 28-də B.Əmirov adına Qalagah kənd tam orta məktəbində yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı  ilə “Peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.   

20.12.2017

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə  ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün  19 dekabr 2017-ci il tarixdə Ağsu rayon Qaraqoyunlu kənd orta, Musabəyli kənd orta və Ağsu 1 saylı orta məktəblərində peşəyönümü məsləhətləri verilmişdir. 

20.12.2017

Neftçala rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Neftçala rayon Məşğulluq Mərkəzi  2017-ci ilinin dekabr ayında rayonun orta, ümumtəhsil  məktəblərində  peşəyönümü  tədbirlərinin   keçirilməsi işini mütəmadi olaraq davam etdirir.  

14.12.2017

Dövlət Məşğulluq Xidməti tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcəkdir.

16 dekabr 2017-ci il tarixində saat 10:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcəkdir.

13.12.2017

2017-ci ilin dekabr ayının 12-də İsmayıllı rayonun Culyan kəndində Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

12 dekabr 2017-ci il tarixində rayonun Cülyan kənd tam orta məktəbində Mərkəzin əməkdaşları, müəllim, valideyn, psixoloqun və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.  

08.12.2017

Masallı, Salyan, Balakən, Quba, Oğuz rayonlarında və Mingəçevir şəhərində peşəyönümü məsləhəti ilə bağlı tədbirlər keçirilmişdir.

 Yuxarı sinif şagirdlərinin düzgün peşə seçiminə köməklik göstərilməsi məqsədi ilə Masallı, Salyan, Balakən, Quba, Oğuz rayon və Mingəçevir şəhər Məşğulluq Mərkəzləri tərəfindən 06-07 dekabr 2017-ci il tarixində peşəyönümü məsləhəti ilə əlaqədar tədbirlər keçirilmişdir. 

06.12.2017

Neftçala rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

Neftçala  rayon Məşğulluq  Mərkəzində 01 dekabr 2017-ci il tarixdə sosial tərəfdaşlarla birlikdə  “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirdi. 

04.12.2017

Salyan rayon Məşğulluq Mərkəzi işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir.

01.12.2017-ci il tarixli Salyan rayon Məşğulluq Mərkəzində “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda növbəti dəyirmi masa keçirilmişdir. Salyan rayon Mərkəzi kitabxanasında təşkil edilən dəyirmi masada rayonda fəaliyyət göstərən yerli bələdiyyələrin , həmkarlar ittifaqı təşkilatının nümayəndələri, sahibkarlar, idarə və müəssisə rəhbərləri iştirak etdilər. 

04.12.2017

Bərdə rayon Məşğulluq Mərkəzi işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir.

29 noyabr 2017-ci il tarixdə Bərdə rayon Məşğulluq Mərkəzində “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Məşğulluğa kömək göstərən yerli Əlaqələndirmə Komitəsinin nümayəndələri, Həmkarlar İttifaqı Federasiyasının Bərdə rayon Komitəsinin sədri, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.