Xəbərlər

13.05.2015

Qaradağ rayon Məşğulluq Mərkəzi “Düzgün peşə seçək” mövzusunda peşəyönümü tədbiri kecirilmişdir.

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən rayonun 233 saylı orta məktəbində peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər. 

13.05.2015

Səbail rayonu Məşğulluq Mərkəzi tərəfindən “Səyyar Əmək Birjası” tədbiri keçirilmişdir.

13 may 2015-ci il tarixində Səbail rayonu Məşğulluq Mərkəzi tərəfindən rayonun Badamdar qəsəbəsində “Səyyar Əmək Birjası” tədbiri keçirilmişdir. Qeyd olunan tədbirə Mərkəz tərəfindən 35 (otuz beş) müəssisə  100 (yüz) vakansiya ilə çıxarılmışdır. 

12.05.2015

Xızı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

 06 may 2015-ci il tarixində Xızı rayon Məşğulluq Mərkəzi tərəfindən 1 saylı orta ümumtəhsil məktəbdə yuxarı sinif şagirdlərin, onların valideynlərin, müəllim və işaxtaran gənclərin, eləcə də rayon Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Xızı rayon Məşğulluq Mərkəzinin nümayəndələrin iştirakı ilə peşəyönümü tədbiri keçirilmişdir.

05.05.2015

Sosial tərəfdaşların iştirakı ilə Beyləqan rayonunda dəyirmi masa təşkil edilmişdir.

İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunmasında sosial tərəfdaşların  xüsusi  önəm təşkil  etdiyini nəzərə alaraq  Beyləqan rayon  Məşğulluq Mərkəzi tərəfindən 30 aprel 2015-ci il tarixində “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

05.05.2015

Ağcabədi, Cəbrayıl, Lerik və Tərtər rayon Məşğulluq Mərkəzləri tərəfindən peşəyönümü məsləhətinə həsr olunmuş tədbirlər keçirilmişdir.

29-30 aprel 2015-ci il tarixində Ağcabədi, Cəbrayıl, Lerik və Tərtər rayon Məşğulluq Mərkəzləri tərəfindən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün peşəyönümü tədbirləri keçirilmişdir. Tədbirlərdə şagirdlərlə yanaşı onların valideynləri və müəllimləri, rayon İcra Hakimiyyətlərinin və Təhsil şöbələrinin nümayəndələri, rayon Məşğulluq Mərkəzlərinin əməkdaşları iştirak etmişlər.

04.05.2015

Sosial tərəfdaşların iştirakı ilə Astara və Lənkəran rayonlarında dəyirmi masalar təşkil edilmişdir.

24.04.2015-ci il tarixində Astara rayonunda “Məşğulluq  haqqında  Azərbaycan Respublikası Qanununun müvafiq  bəndlərinin  pozulmasında  təqsirkar olan işəgötürənlərə qarşı tətbiq edilən inzibati cərimələr barədə işəgötürənlərin  məlumatlandırılması və işəgötürənlərlə qarşılıqlı  əlaqələrin qurulması” mövzusunda, Lənkəran rayonunda isə “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu” mövzularında sosial tərfdaşların iştirakı ilə, dəyirmi masalar təşkil olunmuşdur. 

04.05.2015

Zərdab rayon Məşğulluq Mərkəzi tərəfindən dəyirmi masa təşkil olunmuşdur.

“Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda sosial tərəfdaşların iştirakı ilə Zərdab rayon Məşğulluq Mərkəzi tərəfindən 01.05.2015-ci il tarixdə dəyirmi masa keçirilmişdir.

27.04.2015

Sosial tərəfdaşların iştirakı ilə Lerik rayonunda dəyirmi masa keçirilmişdir.

Lerik rayon Məşğulluq  Mərkəzi tərəfindən 24 aprel 2015–ci il tarixdə “Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərinin pozulmasında təqsirkar olan işəgötürənlərə qarşı tətbiq edilən inzibati cərimələr barədə işəgötürənlərin məlumatlandırılması və işəgötürülənlərlə qarşılıqlı əlaqələrin qurulması” mövzusunda RİH-nin, işəgötürən və onların nümayəndələrinin, eləcə də sosial tərəfdaşların iştirakı ilə keçirilən tədbirdə qəbul edilən qanunvericilik haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 

23.04.2015

“Düzgün peşə seçməkdə valideyinlərin rolu” mövzusunda tədbir keçirildi.

Qaradağ rayon Məşğulluq Mərkəzi 23.04.2015-ci il tarixində rayonun 166 saylı Məktəb - Liseyində  “Düzgün peşə seçməkdə valideyinlərin rolu” mövzusunda, məktəbin akt zalında peşəyönümü tədbiri keçirmişdir.

17.04.2015

Cəzaçəkmə müəssisəsində təşkil olunmuş kurslar başa çatmış və şəhadətnamələr təqdim olunmuşdur.

Qaradağ rayon Məşğulluq Mərkəzi, 22 saylı Bakı Peşə  Məktəbi ilə müqavilə bağlayaraq məhkum olunmuş şəxslər ücün 13 saylı Cəzaçəkmə müəssisəsində “Kompüter istifadəçisi”, 12 saylı Cəzaçəkmə müəssisəsində  isə “Dülgər-xarrat” kursları təşkil etmişdir.