Xəbərlər

09.12.2009

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatı

      10-11 dekabr 2009-cu il tarixdə Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Subregional Ofisinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qlobal Məşğulluq Paktı ümumdünya böhranının əmək bazarına təsirini azaltmaq vasitələrindən biri kimi” adlı subregional Konfrans (“Hyatt Regency” oteli, Quba zalı) keçiriləcək.

08.12.2009

Bakı şəhər “Əmək Yarmarkası” 2009

“Əmək Yarmarkası” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən işaxtaran və işsiz vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir.
Cari ilin 4-5 dekabr tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən Bakı Idman Sarayında Bakı şəhər “Əmək Yarmarkası” keçirilmişdir.

05.06.2009

“Karyerada” ilk addım devizi altında məzun və tələbələr üçün keçirilən tədbirlər uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin sosial müdafiəsinin, xüsusi ilə onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilir.
Bunlardan biridə insan potensialının inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması, kadr hazırlığının bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, eyni zamanda məzunlara və tələbələrə əmək bazarında mövcud vəziyyət haqqında geniş məlumat vermək məqsədi ilə respublikanın ali təhsil ocaqlarında keçirilən tədbirlərdir.
Belə ki, cari ilin may ayının 19-da Abşeron rayonunda “Qafqaz” Universitetində, 27 may tarixində Azərbaycan Texniki, Memarlıq və İnşaat, 02 iyun tarixində isə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində məzun və tələbələr üçün növbəti tədbirlər keçerilmişdir.

03.06.2008

Ünvanlı dövlət sosial yardımı sistemi təkmilləşdirilir

«Ünvanlı dövlət sosial yardımı sistemi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişiklik edilib

Qeyd edək ki, istənilən ölkədə ünvanlılığın təmin olunmasının bütün metodlarının vahid bir məqsədi var ki, bu da ev təsərrüfatlarının hansının yoxsul olduğunu düzgün müəyyənləşdirməkdən ibarətdir. Sosial yardımların ünvanlılığını təmin etmək üçün dünya üzrə daha çox iki üsuldan - ev təsərrüfatlarının qiymətləndirilməsi (fərdi qiymətləndirmə) və kateqorial prinsip üzrə ünvanlılıq metodlarından istifadə olunur. Fərdi qiymətləndirmə bilavasitə səlahiyyətli şəxsin (məsələn, sosial müfəttişin) ev təsərrüfatlarının, yaxud fərdlərin ünvanlı sosial yardım proqramında iştirak edib-etməmək hüququnu müəyyənləşdirmək üçün istifadə etdiyi vasitələrdir. Bu zaman səlahiyyətli şəxs ev təsərrüfatının gəlirləri və əmlakı barədə müfəssəl informasiyalar toplayır və həmin məlumatları müstəqil mənbələrdən alınan informasiyalarla tutuşdurur.

03.06.2008

SOSİAL SAHƏDƏ qanunvericilik BAZASINI MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN PARLAMENTDƏ YENİ QANUN LAYİHƏLƏRİ HAZIRLANIR

Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli demişdir ki, sosial sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə yeni qanun layihələri hazırlanır.

03.06.2008

Aktiv tədbirlər karyerada ilk və uğurlu addımlara yol açır

Bildiyimiz kimi, hər il abituriyent mövsümündə minlərlə gənc ali məktəblərə daxil olmaq arzusu ilə test imtahanlarına qatılır və fərəhli haldır ki, bu imtahanlarda uğur qazanan, ayrı-ayrı ixtisaslar üzrə ali təhsil alan gənclərimizin sayı ilbəil artır. Ali məktəbləri bitirməkdə olan gənclərin ən böyük arzusu isə öz ixtisaslarına uyğun iş tapmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti ali məktəbi bitirən gənclərimizin bu arzusunu, eləcə də tələbələrin işləmək istəyini nəzərə alaraq, son illərdə ayrı-ayrı ali təhsil müəssisələrində«Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri - «Əmək Yarmarkaları» keçirir. Mayın 30-da Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti belə tədbirlər Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri), Azərbaycan Politexnik Universitetində (Mingəçevir şəhəri) və Qafqaz Universitetində (Abşeron rayonu) həyata keçirilib.

03.06.2008

Tələbə və məzunların məşğulluğu təmin olunur

Mayın 16-da Azərbaycan Texniki Universitetinin idman sarayında məzun və tələbələrin işlə təmin olunması məqsədi ilə növbəti Əmək Yarmarkası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti tərəfindən təşkil olunan tədbirdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən 114 müəssisəyə aid 771 aidiyyəti üzrə ixtisaslaşmış iş yeri, habelə Bakı şəhər Məşğulluq İdarəsinin məlumat bazasında olan 3300-ə yaxın müxtəlif vakansiya təqdim edilib. Eyni zamanda, yarmarkada müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən tələbə və məzunlar üçün Əmək Birjası da fəaliyyət göstərib.