Xəbərlər

04.02.2015

Baki şəhərində “Səyyar Əmək Birjası” tədbirləri keçirilmişdir

Bakı  şəhər Məşğulluq İdarəsi tərəfindən təsdiq edilmiş qrafikə  əsasən işaxtaran vətəndaşların məşğulluğunun gücləndirilməsi təmin edilməsi məqsədilə,  Bakı şəhərinin rayonlarında “Səyyar Əmək Birjası” tədbirləri keçirilir. 

04.02.2015

Nəsimi rayon Məşğulluq Mərkəzi mütəxəssisləri orta məktəblərdə peşəyönümü məşğələlərinin keçirilməsinə başlamışlar.

Bakı şəhər Məşğulluq İdarəsinin təsdiq etdiyi qrafik üzrə Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərdə peşəyönümü məşğələlərinin keçirilməsinə başlamışdır.

05.12.2014

Qəbələ, Şəki, Zaqatala və Oğuz rayon Məşğulluq Mərkəzləri tərəfindən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri keçirilmişdir.

01-05 dekabr 2014-cü il tarixlərində Qəbələ, Şəki, Zaqatala və Oğuz rayon Məşğulluq Mərkəzləri tərəfindən orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin, valideyn və müəllimlərin iştirakı ilə peşəyönümü tədbirləri keçirilmişdir. Tədbirlərdə rayon İcra Hakimiyyətlərinin və Təhsil şöbələrinin nümayəndələri, rayon Məşğulluq Mərkəzlərinin müəxəssisləri iştirak etmişlər.

26.11.2014

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Peşə seçimində gənçlərə dəstək” mövzusunda tədbir kecirildi.

        Qaradağ rayon Məşğulluq Mərkəzi 25.11.2014-cü il tarixində, rayonun Sahil qəsəbəsində yerləşən 253 saylı Orta  Məktəbdə və 9 nömrəli Xüsusi İnternat Məktəbində “Peşə seçimində gənçlərə dəstək ” mövzusunda tədbir kecirmişdir.Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov, mərkəzin böyük məsləhətçisi Elnarə  Həşimova və aparıcı məsləhətçi C.Xəlilov iştirak etmişlər. 

26.11.2014

Bakı şəhəri Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən orta ümumtəhsil məktəblərində peşəyönümü məşğələlərinin keçirilməsi davam etdirilir.

      Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq 25 noyabr 2014-cü il tarixində Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən 23 saylı orta ümumtəhsil məktəbində 34 nəfər yuxarı sinif şagirdin iştirakı ilə növbəti peşəyönümü məşğələsi keçirilmişdir.  

21.11.2014

Bakı şəhər ümumtəhsil orta məktəblərində peşəyönümü tədbirləri davam etdirilir

Bakı  şəhər Məşğulluq İdarəsi Yasamal və Nərimanov rayon Məşğulluq Mərkəzləri ilə birgə,“Azerbaijan Training Education Consulting Assosiation” MMC-nin nümayəndəsi E.Tagıyevin iştirakı ilə Yasamal rayon ərazisində yerləşən 60,52,158,13 və 38 nömrəli  ümumtəhsil məktəblərdə, Nərimanov  rayonu ərazisində isə 304,207 və 57 nömrəli ümumtəhsil məktəblərində yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı  ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu”  mövzusunda peşəyönümü  ilə bağlı  tədbirlər həyata keçirib. 

20.11.2014

Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən orta ümumtəhsil məktəblərdə peşəyönümü tədbirləri keçirilmişdir.

19 noyabr 2014-cü il tarixdə 298 və 299 saylı orta ümumtəhsil məktəblərdə yuxarı sinif şagirdləri və onların valideynləri üçün “Peşə və ixtisas seçimində valideynlərin rolu” mövzusunda peşəyöünümü tədbirləri keçirilmişdir.

19.11.2014

“Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda Yasamal rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbirləri keçirilir.

Gənc nəslin gələcək karyerasının müəyyənləşdirilməsində düzgün peşə seçimi son dərəcə xüsusi önəm kəsb edir.

19.11.2014

Bakı şəhər Məşğulluq İdarəsi Sabunçu rayon Məşğulluq Mərkəzi ilə birgə “Səyyar Əmək Birjası” tədbiri keçirmişdir

Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən təsdiq olunmuş qrafikinə uyğun olaraq,  18 noyabr 2014-cü il  tarixində Sabunçu  rayonu Bakıxanov qəsəbəsində  Səyyar Əmək Birjası təşkil olunmuşdur. Tədbirdə işaxtaran vətəndaşların sərəncamına müxtəlif peşələr və ixtisaslar üzrə 83 boş (vakant) iş yerləri təqdim edilmişdir.

13.11.2014

Bakı şəhər ümumtəhsil orta məktəblərində peşəyönümü tədbirləri davam etdirilir.

Bakı  şəhər Məşğulluq İdarəsi tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq, Xəzər rayon Məşğulluq Mərkəzi 3-4 noyabr 2014-cü il  tarixlərdə  “Azerbaijan Training Education Consulting Assosiation” MMC-nin nümayəndələri və Dövlət Məşğulluq Xidmətinin “İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı” sektorunun aparıcı  məsləhətçisi C.Süleymanovun iştirakı ilə Xəzər rayon ərazisində yerləşən 183,125,26 və 156 nömrəli  orta ümumtəhsil məktəblərdə yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı  ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü ilə bağlı  tədbirlər keçirib.