Xəbərlər

12.11.2014

Nəsimi rayon Məşğulluq Mərkəzi “Düzgün ixtisas seçimində valideynlərinin rolu” mövzusunda peşəyönümü tədbirləri keçirib

Gənc nəslin gələcək  karyerasının müəyyənləşdirilməsində düzgün peşə  seçmələri son dərəcə xüsusi önəm kəsb edir. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərin təşkili və aparılması mühüm əhəmiyyətə malikdir.

11.11.2014

Xətai rayon Məşğulluq Mərkəzi ümumtəhsil orta məktəblərdə peşəyönümü tədbirlərini başa çatdırıb

Bakı  şəhər Məşğulluq İdarəsi tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq Xətai rayon Məşğulluq Mərkəzi “Azerbaijan Training Education Consulting Assosiation” MMC-nin nümayəndəsi E. Tagıyev  və Dövlət Məşğulluq Xidmətinin “İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı” sektorunun aparıcı  məsləhətçisi C.Süleymanovun iştirakı ilə Xətai rayon ərazisində yerləşən 116, 147, 59, 269 və 265 nömrəli  orta ümumtəhsil məktəblərdə yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü ilə bağlı  tədbirlər keçirib. 

03.11.2014

Baki şəhərində “Səyyar Əmək Birjası” tədbirləri keçirilmişdir

Bakı  şəhər Məşğulluq İdarəsinin təsdiq etdiyi  qrafikə  əsasən işaxtaran vətəndaşların məşğulluğunun gücləndirilməsi məqsədilə,  Bakı şəhərinin rayonlarında “Səyyar Əmək Birjası” tədbirlərinin keçirilməsi davam etdirlir. 

17.10.2014

Bakı şəhəri Nəsimi rayon Məşğulluq Mərkəzində işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

İşaxtaran vətəndaşların işlə təmin edilməsində işəgötürənlərin iştirakı  xüsusi  önəm təşkil  etdiyini nəzərə alaraq Nəsimi rayon  Məşğulluq Mərkəzi tərəfindən 17.10.2014-cü il tarixində  “Əmək bazarında işəgötürənlərin rolu və mövqeyi”  mövzusunda  “Dəyirmi masa”  keçirilmişdir.

29.09.2014

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən Dəyirmi Masa keçirilmişdir

29.09.2014-cü il tarixində Səbail Məşğulluq Mərkəzi tərəfindən Mərkəzin inzibati binasında Müəssisə təşkilatların kadrlar şöbəsinin mütəxəssisləri ilə Dəyirmi Masa keçirilmişdir.

23.09.2014

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, hazırda növbəti müsabiqə üzrə namizədlərlə fərdi qaydada söhbət keçirilir.

Bununla belə ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq yeni açıq müsabiqə elan edilir.

19.09.2014

Astara, Biləsuvar və Ağccabədi rayon Məşğulluq Mərkəzləri tərəfindən növbəti aktiv məşğulluq tədbiri keçirilib

Cari ilin sentyabr ayının 16-17 tarixlərində Astara, Biləsuvar və Ağcabədi rayon Məşğulluq Mərkəzləri tərəfindən “Əmək Yarmarkaları” təşkil olunmuşdur

09.09.2014

Dövlət Məşğulluq Xidməti tərəfindən regionlarda “Əmək Yarmarkaları”nın təşkili davam edir.

Cari ilin sentyabr ayının 04-05 tarixlərində Göygöl, Saatlı, Sabirabad və Qusar rayon Məşğulluq Mərkəzləri tərəfindən “Əmək Yarmarkaları” təşkil olunmuşdur.

07.08.2014

Səbail rayon Məşgulluq Mərkəzində Mini Əmək yarmarkası keçirilmişdir

Səbail rayon Məşgulluq Mərkəzi tərəfindən Mərkəzin inzibati binasında Mini Əmək yarmarkası keçirilmişdir.

05.08.2014

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən Dəyirmi Masa keçirilmişdir

5 Avqust 2014 cü il tarixində  Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən rayon ərazisində fəaliyyət göstərən 7 müəssisənin kadrlar şöbələrinin mütəxəssisləri ilə birgə  dəyirmi masa keçirilmişdir.