Tusi proqramı

Peşə meyllərini müəyyən edən sistem

          İnsan həyatının ən taleyüklü məsələlərindən biri onun peşə seçməsidir. Bir çox insanlar kor-təbii şəkildə və yaxud ətrafdakı insanların təhriki ilə müəyyən peşə seçirlər. Onlar bu sahə üzrə ali təhsil aldıqdan və yaxud bu peşə üzrə bir müddət işlədikdən sonra peşə seçimində səhv etdiklərini anlayır, başa düşürlər ki, bu fəaliyyət sahəsi onlar üçün maraqsız və yararsızdır, bu peşəni sevmirlər, beləliklə öz gələcəyini, ruzisini başqa peşələrdə axtarmalı olurlar. Çox vaxt bu səhvi düzəltmək mümkün olmur, insan ömrünü mənəvi, psixoloji və igtisadi çətinliklər məngənəsində başa vurmalı olur.
          Əslində, qabiliyyətsiz insan yoxdur, həyatda öz layiqli yerini tapmayan insan var. Cəmiyyət isə ona həyatda öz yerini tapmaqda yardımçı olmalıdır.
           Sizə təklif edilən Tusi Profi ekspert sistemi gənclərin peşəyönümü işinin təşkili üçün nəzərdə tutulmuşdur. Məktəb məzunları, abituriyentlər, peşə litseyi tələbələri, ordudan tərxis olunmuş gənclər, işsiz vətəndaşlar,bir sözlə özünə peşə seçmək və ya peşəsini dəyişmək istəyənlər bu metodikadan istifadə edə bilərlər. Gənclərin peşə seçiminə kömək məqsədi ilə yaradılmış bu metodika peşəyönümü üzrə Məşğulluq Xidməti Orqanları mütəxəssisləri, psixoloqlar üçün köməkçi bir vasitədir.

           Təqdim olunan sistem imkan verir ki:
- gənclər öz meyl və maraqlarına uyğun peşələr haqqında müstəqil surətdə məlumat əldə etsinlər;
- peşəyönümü üzrə psixoloq, gənclər üçün peşə professioqramması qurarkən zəruri diaqnostik informasiyanı asanlıqla əldə etsin;
- az vaxt ərzində xeyli gəncə peşəyönümü üzrə səriştəli məsləhət verilsin;
- testləşmənin nəticələri yadda saxlanılsın, testdən keçənlər haqqında statistik məlumatlar əldə edilsin.
- bu sistemdən peşələr üzrə məlumat bankı kimi istifadə edilsin.

           Bu sistem peşə maraqlarını müəyyən edən ənənəvi metodika və anketlərdən fərqlidir. Bu - kompüter ekspert sistemidir. Sistem kompüterin verdiyi suallara alınmış cavabların təhlili əsasında, gənclərə onların meyl və maraqlarına uyğun peşələrin siyahısı və bu peşələrin hər biri haqqında müfəssəl məlumat verir.
           Proqram əvvəlcə istifadəçi haqqında məlumat toplayır (adı, soyadı, cinsi, təhsili), bu kompüterlə dialoq əsasında həyata keçirilir. Daha sonra meyl və maraqları müəyyən etmək məgsədi ilə, ayrı-ayrı fəaliyyət sahələrinə dair suallar verilir. Hər suala verilmiş 5 cavabdan biri seçilməlidir. Bütün suallara cavab verildikdən sonra kompüter bu məlumatalrı emal edərək konkret fərdin xarakteristikasına uyğun peşələr siyahısı verir. Beləliklə, tövsiyyə edilən peşələrin seçilməsinə həm fərdin meyl və maraqları, həm də cinsi, təhsili və s. amillər təsir edir. Testləşdirmənin nəticələri ayrı-ayrı peşələrə olan meyl və maraqların kəmiyyət göstəriciləri formasında əks edilir. Beləliklə, proqramın işi nəticəsində hər bir fərdə uyğun peşələrin siyahısı və hər peşə haqqında ətraflı məlumat verilir.


Proqramı yükləmək üçün aşağıdakı linklərdən istifadə edin.


Yükləmə 1
Yükləmə 2
Yükləmə 3
Yükləmə 4
Yükləmə 5
Yükləmə 6