Əmək birjası


“Əmək Birja”ları


          Əhalinin məşğulluğunun gücləndirilməsi, xüsusi ilə sosial müdafiəyə ehtiyacı olan gənclərin, təqaüdçilərin, əlillərin, natamam iş günü və natamam iş həftəsi əsasında işləyənlərin, xüsusi ilə qadınların müvəqqəti məşğulluğunu təmin etmək, onların boş vaxtları ərzində əlavə qazanc əldə etmək, müvəqqəti xarakterli o, cümlədən birdəfəlik, qısa müddətli, mövsümü işlərlə təmin edilməsində köməklik göstərilməsi məqsədi ilə 1999-cu il may ayının 10-da ilk dəfə Bakı şəhərində “Əmək Birjası” yaradılmışdır.
          Hazırda Sumqayıt (20.02.2001-ci il), Naxçıvan (06.01.2002-ci il), Gəncə (27.12.2004-cü il), Mingəçevir (22.12.2004-cü il) şəhərlərində də «Əmək Birjaları» yaradılmışdır. Birjanın müvəqqəti iş axtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq respublikanın digər şəhər və rayonlarında da birjaların yaradılması nəzərdə tutulmuşdur.
          “Əmək Birjası” müxtəlif peşə sahibləri, yüksək ixtisaslı işçilər haqqında geniş məlumat bankına malikdir.
          “Əmək Birjası” əhalidən və ayrı-ayrı iş adamlarından təmir, tikinti, yaşıllaşdırma, bütün növ xidmət, eləcə də ev işləri və digər peşə və ixtisaslar üzrə müvəqqəti işçilərə olan tələbat haqqında sifarişlər qəbul edərək həmin sifarişlər əsasında müvəqqəti işlərin yerinə yetirilməsi üçün müvafiq peşə sahiblərini operativ olaraq həmin ünvana göndərir.
          Birjada sifarişlərin qəbulu, iş axtaran vətəndaşların qeydiyyatı və müvəqqəti işlərə göndərilməsi xüsusi proqram təminatı vasitəsi ilə həyata keçirilir.
          Qeyd edək ki, sifarişlərin qəbulu telefonla və ya birbaşa Birjaya müraciət etməklə qəbul olunur.
          Sifarişlərin qəbul edilməsi, müvəqqəti işə göndərmək, qeydiyyat və məlumat-məsləhət xidmətləri pulsuz həyata keçirilir.
          Əmək Birjalarında sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara (əlillərə, az yaşlı uşaqları tərbiyə edən tənha analara, gənclərə, məcburi köçkünlər və qaçqınlara və.s) üstünlük verilir.
          Əmək Birjası müvəqqəti iş axtaranlara əmək bazarının vəziyyəti haqqında məlumat verərək onların qeydiyyatını aparır, iş axtaranların peşəsinə və ixtisasına uyğun müvəqqəti işlərə göndərilməsini eləcə də müvəqqəti iş yerləri haqqında işəgötürənlərdən bilavasitə məlumat toplayaraq, işəgötürənlərlə müvəqqəti iş axtaranlar arsında vasitəçiliyi təmin edir.
          Birjaların yaradılması bir tərəfdən müvəqqəti iş və əlavə qazanc axtaranların məşğulluğunun təmin edilməsi, digər tərəfdən isə fiziki və hüquqi şəxslərin peşə xidmətlərinə cari təlabatların ödənilməsinə köməklik göstərilməsi məqsədi daşıyır.

          Hazirda “Əmək Birjaları”nda müxtəlif peşə sahibləri, yüksək ixtisaslı işçilər haqqında geniş məlumat bankı yaradılmışdır ki, bunun da nəticəsində əhalidən və ayrı–ayrı iş adamlarından təmir-tikinti, yaşıllaşdırma, bütün növ xidmət, eləcə də ev işləri və digər peşə və ixtisaslar üzrə müvəqqəti işçilərə olan tələbat haqqında sifarişlər qəbul edilərək həmin sifarişlər əsasında müvəqqəti işlərin yerinə yetirilməsi üçün müvafiq peşə sahiblərinin operativ olaraq həmin ünvana göndərilməsi təmin olunur.