Karyerada ilk addım

09.12.2009

Təhsil ocaqlarında keçirilən tədbirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin sosial müdafiəsinin, xüsusi ilə onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilir. Bunlardan biri də məzun və tələbələrə əmək bazarında mövcud vəziyyət haqqında geniş məlumat vermək məqsədi ilə respublikanın ali təhsil ocaqlarında keçirilən tədbirlərdir.
2007-ci ildən başlayaraq Baş Məşğulluq İdarəsi və onun yerli orqanları tərəfindən Bakı, Gəncə və Mingəçevir şəhərlərinin ali təhsil ocaqlarının məzun və tələbələrinin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlər təşkil olunaraq həyata keçirilir. Belə ki, Bakı şəhəri Azərbaycan Texniki, Memarlıq və İnşaat Universitetlərində keçirilmiş tələbə yarmarkası nəticəsində 239 nəfər məzun və tələbə işlə təmin olunmuş, 105 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 971 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 117 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetində keçirilmiş tələbə yarmarkası nəticəsində 33 nəfər məzun və tələbə işlə təmin olunmuş, 18 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 148 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 15 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Mingəçevir şəhəri Politexnik İnstitutunda keçirilmiş tələbə yarmarkası nəticəsində 17 nəfər məzun və tələbə işlə təmin olunmuş, 50 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 31 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar.
2008-ci ildə də Baş Məşğulluq İdarəsi və onun yerli orqanları tərəfindən Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ali təhsil ocaqlarının məzun və tələbələrinin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlər təşkil olunaraq davam etdirilib. Belə ki, Bakı şəhəri Azərbaycan Texniki Universitetində keçirilmiş tələbə yarmarkası nəticəsində 270 nəfər məzun və tələbə işlə təmin olunmuş, 117 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 855 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsdi ilə isə 101 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Abşeron rayonu Qafqaz Universitetində keçirilmiş tələbə yarmarkası nəticəsində 87 nəfər məzun və tələbə işlə təmin olunmuş, 38 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 1240 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 74 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetində keçirilmiş tələbə yarmarkası nəticəsində 34 nəfər məzun və tələbə işlə təmin olunmuş, 17 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 160 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 10 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Mingəçevir şəhəri Politexnik İnstitutunda keçirilmiş tələbə yarmarkası nəticəsində 21 nəfər məzun və tələbə işlə təmin olunmuş, 20 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 68 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 38 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Lənkəran şəhəri Dövlət Universitetində keçirilmiş tələbə yarmarkası nəticəsində 10 nəfər məzun və tələbə işlə təmin olunmuş, 90 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuşdur. Bakı şəhəri Azərbaycan Turizm İnstitutunda keçirilmiş tələbə yarmarkası nəticəsində 11 nəfər məzun və tələbə işlə təmin olunmuş, 163 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 667 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 106 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar.
Cari ildə də məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə Baş Məşğulluq İdarəsi və onun yerli orqanları tərəfindən Bakı, Gəncə şəhərlərinin və Abşeron rayonunun ali təhsil ocaqlarında “Karyerada ilk addım” devizi altında tədbirlər ardıcıl olaraq keçirilmişdir. Abşeron rayonu Qafqaz Universitetində keçirilmiş tələbə yarmarkası nəticəsində 54 nəfər məzun və tələbə işlə təmin olunmuş, 16 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 921 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuşdur. Belə ki, Bakı şəhəri Azərbaycan Texniki, Memarlıq və İnşaat Universitetlərində keçirilmiş tələbə yarmarkası nəticəsində 190 nəfər məzun və tələbə işlə təmin olunmuş, 137 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 1800 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsdi ilə isə 134 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilmiş tələbə yarmarkası nəticəsində 140 nəfər məzun və tələbə işlə təmin olunmuş, 50 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 1200 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 12 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Bakı şəhəri Azərbaycan Turizm İnstitutunda keçirilmiş tələbə yarmarkası nəticəsində 13 nəfər məzun və tələbə işlə təmin olunmuş, 3 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 709 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 16 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar. Bakı şəhəri Azərbaycan Dövlət Neft Akademiyasında keçirilmiş tələbə yarmarkası nəticəsində 34 nəfər məzun və tələbə işlə təmin olunmuş, 50 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 1125 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 39 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar.
Bu tədbirlərin keçirilməsində məqsəd iş adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına köməklik göstərmək və eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə boş (vakant) iş yerləri haqqında məlumat almalarına köməklik göstərməkdir.