Karyerada ilk addım

Təhsil ocaqlarında keçirilən tədbirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin sosial müdafiəsinin, xüsusi ilə onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilir. Bunlardan biri də məzun və tələbələrə əmək bazarında mövcud vəziyyət haqqında geniş məlumat vermək məqsədi ilə respublikanın ali təhsil ocaqlarında keçirilən tədbirlərdir.
2007-ci ildən başlayaraq Baş Məşğulluq İdarəsi və onun yerli orqanları tərəfindən Bakı, Gəncə və Mingəçevir şəhərlərinin ali təhsil ocaqlarının məzun və tələbələrinin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlər təşkil olunaraq həyata keçirilir. Belə ki, Bakı şəhəri Azərbaycan Texniki, Memarlıq və İnşaat Universitetlərində keçirilmiş tələbə yarmarkası nəticəsində 239 nəfər məzun və tələbə işlə təmin olunmuş...