Peşə hazırlığı (kursları)


Peşə hazırlığı.

İşaxtaranların peşə hazırlığı, ixtisasının artırılması, yenidən hazırlığı fəal məşğulluq tədbirlərinin ən önəmlisidir. İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı lazımi peşə və ixtisası olmadığına görə onlar üçün münasib iş seçmək mümkün olmadıqda, işaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olduqda, eləcə də işaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilir. İşaxtaran və işsiz vətəndaşların əmək bazarında rəqabətə davamlı peşə və ixtisaslara yiyələnməsi onların sosial adaptasiyasında mühüm əhəmiyyət kəsb edir. İşsiz vətəndaşların əmək bazarında münasib işlə təmin edilməsi daha çox onların müasir tələblərə cavab verən peşələr və ixtisaslar üzrə hazırlıq işinin təşkilindən asılıdır.
Respublika Məşğulluq Xidməti orqanları tərəfindən əmək bazarının real tələbləri nəzərə alınaraq qısa müddətli, çevik tədris proqramları əsasında işaxtaran və işsiz əhalinin peşə hazırlığına, yenidən hazırlığa və ixtisasının artırılmasına cəlb edilməsi və təhsilini başa vurduqdan sonra onların münasib işlə təmin olunması həyata keçirilir. Peşə hazırlığı kursları bir qayda olaraq Təhsil Nazirliyinin, tədris bazası olan müəssisə və təşkilatların, eləcə də Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilir.
Peşə kurslarının təşkilində müdavimlərin seçilməsi, qruplaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, işaxtaranların yeni peşələrə yiyələnməsi üçün onların əvvəlki peşə, ixtisas və iş təcrübəsi, peşə meylləri, bacarıq və vərdişləri, eləcə də digər sosial-psixoloji faktorlar nəzərə alınmalıdır. Məşğulluq Mərkəzinin mütəxəssisi müdavimləri qruplaşdırarkən onların qarşılıqlı münasibətləri ilə yanaşı tədris müəssisəsinə ərazi baxımından yaxınlığı və s. bu kimi fərdi xüsusiyyətlər də nəzərə alınmalıdır. Hazırda Məşğulluq Xidməti orqanlarında ənənvi proqramlarla 55 müxtəlif peşə və ixtisas üzrə hazırıq kursları təşkil edilir.

Peşənin adı Müddəti
1 Ofisiant 2 ay
2 Satıcı - nəzarətçi kassir 2 ay
3 Çörəkçi 2 ay
4 İngilis dili 3 ay
5 Katibə-referent 2 ay
6 Makinaçı-kargüzar 2 ay
7 Həsir hörən 2 ay
8 Avtomobilin təmiri üzrə çilingər 3 ay
9 Meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi 2 ay
10 Kompüter istifadəçisi 2 ay
11 Xalçaçı 2 ay
12 Traktorçu-maşınçı 3 ay
13 Elektrik montyoru 2 ay
14 Quraşdırıcı çilingər 3 ay
15 Dərzi 3 ay
16 Mühasib 2 ay
17 Sahibkarlığın əsasları 2 ay
18 Dülgər 1 ay
19 Kompüter mühasibliyi 2 ay
20 Bərbər 2 ay
21 Sığorta agenti 2 ay
22 Əl ilə xalça toxumaq 1 ay
23 Toxucu 2 ay
24 Qənnadçı 2 ay
25 Buldozer maşinisti 2 ay
26 Tornaçı 3 ay
27 Elektrik qaz qaynaqçısı 3 ay
28 Mikroelektron (mobil) telefon aparatlarının təmiri üzrə mexanik 3 ay
29 Lift mexaniki 2 ay
30 Soyuducu qurğularının təmiri üzrə mexanik 2 ay
31 Kompüter texnikasının təmiri ustası 3 ay
32 Radio, televiziya aparatlarının, video texnikasının təmiri ustası 2 ay
33 Məişət elektrik avadanlıqlarının təmiri ustası 2 ay
34 Alüminium və plastik materiallardan məmulatların yığıcı çilingəri 2 ay
35 Qazanxana maşinisti 2 ay
36 Mebel quraşdırıcısı 2 ay
37 Məişət qaz cihazlarının təmiri üzrə çilingər 2 ay
38 Ayaqqabının fərdi tikişi və təmiri ustası 2 ay
39 Körpülü kran maşinisti 3 ay
40 Daşkəsən maşınların maşinisti 3 ay
41 Neft və qaz quyularının operatoru 3 ay
42 Eynək təmiri ustası 1 ay
43 İnternet üzrə operator 1 ay
44 Kompüterçi dizayner 2 ay
45 Videooperator 2 ay
46 Saatsaz 2 ay
47 Zərgər 3 ay
48 Tikişçi 2 ay
49 Geniş profilli dəzgahçı 3 ay
50 Misgər-tənəkəçi 3 ay
51 Daş üzərində oyma 3 ay
52 Duluzçu 3 ay
53 Şəbəkəçi 3 ay
54 "B" kateqoriyalı sürücü 3 ay
55 "D" kateqoriyalı sürücü 3 ay
56 Proqramla idarə olunan dəzgahlar üzrə təmirçi çilingər 3 ay
57 Rəqəmlə idarə olunan dəzgahlar üzrə təmirçi çilingər 3 ay
58 Radioelektron cihaz və aparatlarının montacçısı 3 ay
59 Çap lövhələrinin hazırlanması texnologiyası 3 ay
60 Çirkab sularının təmizlənməsi üzrə aparatçı 3 ay
61 Çilingər-yığıcı 3 ay
62 Çəkic və presdə dəmirçi 3 ay
63 Qalvançı 3 ay
64 Termist 3 ay
65 Ştamplayıcı 3 ay
66 Təmirçi çilingər 3 ay
67 Pardaqlayıcı 3 ay
68 Kimyəvi misləşdirmə operatoru 3 ay
69 Presləyici 3 ay
70 Plastmastökən 3 ay
71 Alətçi çilingər 3 ay
72 Elektrik avadanlıqlarının tənzimləyicisi 3 ay
73 Kompüter biliklərinin əsasları 21 gün
74 Mexaniki yığma işləri üzrə çilingər 3 ay
75 Bələdçi (Gid) 3 ay
76 Barmen 3 ay
77 Kastelyanşa 3 ay
78 Mehmanxana qulluqçusu 3 ay
79 Fotoqraf 3 ay
80 Aşbaz köməkçisi 3 ay
81 Kansyerj 3 ay
82 Mehmanxana qapıçısı 3 ay
83 Qeydiyyatçı (mehmanxanada) 3 ay
84 Ekskursiya təşkilatçısı 3 ay
85 Səyahət təşkilatçısı 3 ay

Məhz Ukraynanın Əmək və Sosial Siyasət Nazirliyi ilə birgə imzalanmış protokola əsasən Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə inkişaf etmış dövlətlərdə geniş yayılmış Modul Tədrisinin Texnologiyasından istifadə olunmasına köməklik göstərilməsi məqsədi ilə Ukrayna mütəxəssisləri Respublikaya dəvət olunmuşlar. 2006-cı ilin dekabr ayında təşkil edilmiş seminara Məşğulluq Xidməti orqanlarının mütəxəssisləri, peşə məktəblərinin müəllimləri, təhsil problemləri institutunun, eləcə də sosial tərəfdaşların nümayəndələri cəlb olunmuşlar. Müvəffəqiyyətlə başa çatmış bu seminarda modul tədrisi üzrə milli mütəxəssislər hazırlanmışdır.
Dövlət Məşğulluq Xidməti orqanlarında işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı işinin əmək bazarının real tələblərinə, eləcə də beynəlxalq standartlara uyğun səviyyədə təşkilinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış "Milli Sosial Müdafiə Sisteminin İnkişafı" Layihəsi çərçivəsində "İşaxtaran və işsiz vətəndaşların peşə təhsili sisteminin tədris-metodiki bazasının və texniki-proqram təminatının təkmilləşdirilməsi üzrə Proqram" həyata keçirilmişdir.
Qeyd olunan Layihə çərçivəsində əmək bazarında rəqabətqabiliyyətli 15 peşə və ixtisaslar, əsasən fəhlə peşələri üzrə modul tədris proqramları hazırlanmışdır.

Modul tədrisi proqramları
1 Bənna
2 Dərzi
3 Dülgər
4 Əl ilə qaynaqda elektrik qaynaqçısı
5 Əməliyyatçı mühasib
6 Ərzaq mallarının satıcısı
7 Frezerçi
8 İkinci dairə üzrə elektrik quraşdırıcısı
9 İnşaat rəngsazı
10 Katibə-makinaçı
11 Qaz qaynaqçısı
12 Sanitar-texniki düyün və detalların hazırlanması üzrə çilingər
13 Suvaqçı
14 Tornaçı
15 Üzləyici - tava döşəyən


Hazırda peşə hazırlığı kurslarının səmərəliliyinin artırılması məqsədi ilə Bakı şəhərində və Göyçay rayonunda yeni yaradılmış Reqional Peşə Tədrisi Mərkəzlərində peşə hazırlığı kurslarının təşkilində modul tədris üsulu tətbiq olunmaqla 70-dən çox müxtəlif peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.