Ödənişli ictimai işlər


Haqqı ödənilən ictimai işlərin təşkili

          İşaxtaran və işsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün həyata keçirilən mühüm tədbirlərdən biri də haqqı ödənilən ictimai işlərin təşkilidir.
          Haqqı ödənilən ictimai işlər işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb edilməyən müvəqqəti əmək fəaliyyətidir.
İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:
  • ərazinin, küçə, park və meydanların abadlaşdırılması;
  • yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər uşaq müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün internat evləri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;
  • yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;
  • kənd təsərrüfatı müəssisələrinə köməklik göstərilməsi ilə əlaqədar işlər;
  • təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;
  • qocalara, əlillərə qulluq;
  • digər sosial əhəmiyyətli işlər.
          Məşğulluq Xidməti orqanları mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.
Haqqı ödənilən ictimai işlər işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb etməyən müvəqqəti əmək fəaliyyətidir ki, bu da onların yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir. Bu tədbirlərin əsas əhəmiyyəti işaxtaranın əmək vərdişlərini itirməməsini təmin etməkdən ibarətdir.