■İşsizlik müavinəti
«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq işsiz statusu verilməsi qaydaları aşağıdakı kimidir.
İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir.
«Məşğulluq haqqında» Qanuna müvafiq olaraq aşağıdakı vətəndaşlara işsiz statusu verilə bilməz:
- 15 yaşına çatmayan vətəndaşlara;
- pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlara;
- işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən şəhər (rayon) Məşğulluq Mərkəzlərinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlərə (vətəndaşa eyni iş təkrarən təklif edilə bilməz);
- ilk dəfə işaxtaranlara;
- azadlıqdan məhrum etmə cəzasını çəkənlərə;
- məşğul şəxslərə, o cümlədən sahibkarlara, fərdi əmək fəaliyyəti ilə məşğul olanlara və mülkiyyətində torpaq payı olanlara.
İşsizlik müavinətinin məbləğinin müəyyənləşdirilməsi qaydası
Orta aylıq qazanca əsasən
Minimum məbləğdə
Təkrar müavinət
Müavinətə edilən əlavələr

Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər"
- Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
- Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
- İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
- Haqqı ödənilən ictimai işlərin təşkili.
- Əmək yarmarkalarının təşkili.
- İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
- Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.