İş axtaranlar

31.05.2008

İŞAXTARAN VƏTƏNDAŞIN FUNKSİONAL BÖLMƏLƏR ÜZRƏ QƏBUL MƏRHƏLƏLƏRİ

I MƏRHƏLƏ


Məşğulluq Xidməti orqanlarının fəaliyyəti haqqında informasiya


Məşğulluq Xidməti orqanlarına müraciət edən işaxtaran vətəndaş ixtisası, peşəsi, əmək vərdişi, bacarığı, işsizliyin səbəbi, hansı sahədə işləmək istəyi, yeni peşələrə marağı barədə məlumat verməklə şəxsiyyətini, ixtisas və ya peşəsini, təhsilini təsdiq edən sənədini təqdim edir.
Məşğulluq Xidməti orqanlarına müraciət etmiş işaxtaran vətəndaşlar Məşğulluq Xidməti orqanlarının əsas fəaliyyət istiqamətləri haqqında, Xidmət tərəfindən aktiv sosial müdafiə tədbirlərindən olan işədüzəltmə, Əmək Yarmarkaları, Əmək Birjaları, peşəyönümü məsləhətlərinin verilməsi, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili haqqında, eləcə də passiv məşğulluq tədbirindən olan işsiz statusu verilərək işsizlik müavinətinin təyin edilməsi, mövcud əmək bazarı barədə məlumatlandırılırlar.


II MƏRHƏLƏ


Boş (vakant) iş yerlərinin müstəqil axtarışı


İnternet səhifəsində işlənib hazırlanmış xüsusi proqramlar, respublikanın şəhər və rayonları üzrə müəssisə və təşkilatlardan toplanmış boş (vakant) iş yerləri haqqında məlumatlar mütəmadi olaraq Nazirliyin xüsusi İnternet saytına daxil edilərək işaxtaran vətəndaşlara təqdim edilir.
İşaxtaran vətəndaşlar müvafiq texniki vasitə və proqram təminatı ilə təchiz olunmuş məlumat köşkündə boş (vakant) iş yerləri haqqında ətraflı məlumat alıb özünə münasib iş seçərək həmin müəssisələrə müstəqil olaraq müraciət edirlər.

III MƏRHƏLƏ


Məşğulluğun təmin edilməsi və peşə hazırlığı

perspektivləri


Münasib iş seçmək mümkün olmadıqda, öz peşəsini (ixtisasını) dəyişdirmək zərurəti yarandıqda, əvvəlki peşəsi (ixtisası) üzrə işləmək qabiliyyətini itirdikdə Məşğulluq Xidməti orqanlarının mütəxəssisləri tərəfindən vətəndaşlara peşə seçimi üzrə peşəyönümü məsləhətləri verilir, onların maraq dairəsi öyrənilir, onlara peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb olunmaları təklif edilir.

IV MƏRHƏLƏ


Məşğulluq Mərkəzinin mütəxəssisinin köməyi ilə münasib

iş seçimi, digər sosial təminatın alınma imkanları


İşaxtaran vətəndaş qanunamüvafiq qaydada qeydiyyata alındıqdan sonra Məşğulluq Xidməti orqanlarının mütəxəssisləri tərəfindən onlarla münasib iş seçimi, digər sosial təminatlar alma imkanları istiqamətində mütəmadi olaraq iş aparılır.

V MƏRHƏLƏ


İş axtarışının üsulları haqqında məlumatlandırma, peşəyönümü

məsləhəti, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərə cəlb

olunma, sahibkarlıq fəaliyyətinin təşkilinə köməklik


İşaxtaran vətəndaşlarla iş axtarmanın üsulları barədə aparılan məlumatlandırma işlərinin, peşəyönümü məsləhətlərinin, münasib iş seçiminin, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, haqqı ödənilən ictimai işlərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi kurslara cəlb olunmanın nəticəsi olmadıqda, işaxtaran vətəndaşlara qanunamüvafiq qaydada işsizlik statusu verilərək işsizlik müavinətinin təyin olunmasına baxıla bilər. İşsizlik müavinətinin ödənilmə müddətində onların aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları istiqamətində işlər davam etdirilir.



MƏŞĞULLUQ XİDMƏTİ ORQANLARI TƏRƏFİNDƏN

İŞAXTARANLARA TƏKLİF OLUNAN XİDMƏTLƏR

Məsləhət-məlumat bölməsi


Məsləhət-məlumat bölməsində işəgötürənlərə Məşğulluq Xidməti orqanlarının əsas fəaliyyət istiqamətləri, məşğulluq sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, məşğulluğun inkişafı sahəsində sosial partnyorların rolu, əmək bazarı və ərazi məşğulluq proqramları, məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı haqqında məlumat verilir.
İşçilərin sayı və ştatların ixtisarı, boş (vakant) iş yerlərinin yaranması, Məşğulluq Xidməti orqanları tərəfindən göndərişlə, kvota üzrə işə qəbul edilən, işdən çıxarılanlar haqqında “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada Məşğulluq Xidməti orqanlarına məlumat verilməsi onların nəzərinə çatdırılır.
İşəgötürənlər isə öz növbəsində müəssisənin fəaliyyət istiqaməti, kadr tələbatı, yeni yaradılacaq iş yerləri haqqında Məşğulluq Xidməti orqanlarını məlumatlandırırlar.

İşəgötürənlərlə əməkdaşlıq bölməsi


İşəgötürənlərlə əməkdaşlıq bölməsində hansı məşğulluq tədbirlərinin həyata keçiriləcəyi haqqında qərar qəbul edildikdən sonra işəgötürənin sifarişi ilə kadr seçimi, lazım olan peşələr üzrə hazırlıq kursları, əlavə işçi qüvvəsinə tələbat olduqda haqqı ödənilən ictimai işlərin təşkili istiqamətində işlər aparılır.