İş axtaranlar

24.12.2014

Məşğulluq orqanları üzrə vakansiyalar


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşları öz strukturlarına (Aparat, şəhər idarələri və yerli orqanlarında) yaranmış vakansiyaların tutulması üçün Dövlət Qulluğu Məsələləri Komissiyası tərəfindən təşkil olunan imtahanlarda iştirak etməyə dəvət edir.

Ətraflı məlumat üçün http://www.csc.gov.az/ web ünvanına müraciət edin.

31.05.2008

İş axtaranlara müraciət


          Dövlət vətəndaşların üzərinə işləmək tələbi qoymur, eyni zamanda hər bir əmək qabiliyyətli şəxsə real iş təqdim etmək vəzifəsini üzərinə götürmür. Bununla yanaşı dövlət işaxtaran şəxslərin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ verir. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir və bu Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunur. Müasir dövrümüzdə dövlətimizin sosial-iqtisadi siyasətinin məqsədi işə başlamağa hazır olan və işaxtaran bütün şəxslər üçün səmərəli iş yerinin, məşğulluğunun seçim azadlığının təmin edilməsidir.

31.05.2008

Necə iş axtarmalı ?


Vakansiyalar haqqında məlumatları haradan və necə əldə etmək olar?
Hazırda əmək bazarında işçi qüvvəsinə olan tələb barədə mühüm informasiya mənbəyi Dövlət Məşğulluq Xidməti orqanlarıdır. Bu orqanlara müraciət edən vətəndaşlar vaxtlarına qənaət edərək vakansiyalar haqqında ətraflı informasiyalar ala bilərlər. Məşğulluq orqanlarının xidmətlərindən istifadə etməklə nəinki yaşadığınız ərazi üzrə, həmçinin digər regionlarda olan vakansiyalar barədə məlumatlar əldə edə bilərsiniz.

31.05.2008

İŞAXTARAN VƏTƏNDAŞIN FUNKSİONAL BÖLMƏLƏR ÜZRƏ QƏBUL MƏRHƏLƏLƏRİ


Məşğulluq Xidməti orqanlarına müraciət edən işaxtaran vətəndaş ixtisası, peşəsi, əmək vərdişi, bacarığı, işsizliyin səbəbi, hansı sahədə işləmək istəyi, yeni peşələrə marağı barədə məlumat verməklə şəxsiyyətini, ixtisas və ya peşəsini, təhsilini təsdiq edən sənədini təqdim edir.
Məşğulluq Xidməti orqanlarına müraciət etmiş işaxtaran vətəndaşlar Məşğulluq Xidməti orqanlarının əsas fəaliyyət istiqamətləri haqqında, Xidmət tərəfindən aktiv sosial müdafiə tədbirlərindən olan işədüzəltmə, Əmək Yarmarkaları, Əmək Birjaları, peşəyönümü məsləhətlərinin verilməsi, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili haqqında, eləcə də passiv məşğulluq tədbirindən olan işsiz statusu verilərək işsizlik müavinətinin təyin edilməsi, mövcud əmək bazarı barədə məlumatlandırılırlar.

31.05.2008

İş axtararkən bunları bilmək vacibdir


İş yeri tapmaq asan deyil. İşlə təmin olunmaq hüququnu qazanmaq uğrunda indi güclü rəqabət yaranıb.
İş tapmaq daha çox insanın özündən asılıdır. Yəni, iş axtararkən fəal olmalı, özünüzü işəgötürənə düzgün təqdim etməyi bacarmalısınız.