Statistik hesabat formaları

02.05.2008

Boş iş yerləri (vakansiya) haqqında hesabat



«Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununun 17.3. maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar boş (vakant) iş yerləri yarandığı gündən ən geci 5 gün müddətində Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq edilmiş 1 İ №-li HESABAT formasına uyğun olaraq yerli Məşğulluq Mərkəzlərinə məlumat təqdim etməlidirlər.

02.05.2008

İşə qəbul edilən və işdən çıxarılan (o cümlədən: kvota üzrə) işçilər haqqında hesabat



«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 17.4 maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar İşə qəbul edilən, kvota üzrə işə qəbul edilən və işdən çıxarılan işçilər haqqında Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 2 İ №-li formaya uyğun olaraq hər növbəti ayın 10-dək yerli Məşğulluq Mərkəzinə aylıq HESABAT təqdim etməlidirlər.

02.05.2008

Iş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında hesabat



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli 213 №-li Qərarına müvafiq olaraq mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar İş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında hər il iyul ayının 1-nə olan məlumata əsasən avqust ayının 1-dək Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 3 İ №-li formaya uyğun olaraq yerli Məşğulluq Mərkəzinə illik HESABAT təqdim etməlidirlər.

02.05.2008

İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər haqqında hesabat



«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 17.2 maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərin sayı və ya ştatların ixtisarından (işçilərin sərbəstləşdirilməsindən) ən azı 2 ay əvvəl işdən çıxarılacaq işçilər haqqında Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 4 İ №-li HESABAT formasına uyğun olaraq yerli Məşğulluq Mərkəzlərinə məlumat təqdim etməlidirlər.

02.05.2008

İşçilərin hərəkəti haqqında hesabat



Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar İşçilərin hərəkəti haqqında hesabat dövründən sonrakı ayın 20-dək Dövlət Statistika Komitəsinin 22 fevral 2006-cı il tarixli 3/6 №-li Sərəncamı ilə təsdiq olunmuş 5 İ №-li formaya uyğun olaraq yerli Məşğulluq Mərkəzinə YARIMİLLİK və İLLİK HESABAT təqdim etməlidirlər.