Naxçıvan Əmək Birjası


“Əmək Birja”ları

  • Respublikamızda əmək bazarındakı gərginliyin aradan qaldırılması, əhalinin işlə təmin edilməsinin səmərililiyinin artırılması məqsədilə, mövcud çətinliklər nəzərə alınmaqla Bakı şəhərində eləcə də Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti tərəfindən Əmək birjaları yaradılmışdır.
  • MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu xidmət növü əmək bazarının tələblərinə müvafiq olaraq işəgötürənlərlə müvəqqəti işaxtaran vətəndaşlar arasında vasitəçiliyin həyata keçirilməsini təmin edir.
  • Birja əhalidən və ayrı-ayrı iş adamlarından təmir, tikinti, yaşıllaşdırma, bütün növ xidmət, eləcə də ev işləri və digər peşə və ixtisaslar üzrə müvəqqəti işçilərə olan istənilən tələbat haqqında sifarişləri qəbul edir.
  • Birja müxtəlif peşə sahibləri, yüksək ixtisaslı işçilər haqqında geniş məlumat bankına malikdir.
  • Sifarişləriniz əsasında müvəqqəti işlərin yerinə yetirilməsi üçün müvafiq peşə sahibləri operativ olaraq Sizin ünvanınıza göndəriləcəkdir.
  • Birjanın sifarişçilərə və müvəqqəti iş axtaran vətəndaşlara göstərdiyi xidmət PULSUZDUR.
  • Görülən işlərin dəyərinin ödənişi sifarişçi ilə işçi arasında qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir.
  • Sifarişlər və müvəqqəti iş axtaran vətəndaşların müraciətləri hər gün 9:00-dan18:00-dək telefonla və ya bilavasitə Birjaya müraciət etməklə yaxud elektron poçtla əlaqə saxlaya bilərsiniz.
  • Xidmətimizdən istifadə etsəniz razı qalacaqsınız!



Hörmətli iş adamları !

 

Naxçıvan şəhərində fəaliyyət göstərən Əmək birjası öz xidmətlərini təklif edir:

  • Siz Əmək birjasına müraciət etməklə bütün peşə və xidmətlər üzrə işçilərə olan sifarişləri verə bilərsiniz.
  • Əmək birjası müxtəlif peşə sahibləri, yüksək ixtisaslı işçilər haqqında geniş məlumat bankına malikdir.
  • Əmək birjasının iş adamlarına (sifarişçilərə) və göndərilənlərə xidməti pulsuzdur.
  • Sifarişləriniz Əmək birjası tərəfindən yüksək səviyyədə operativ yerinə yetiriləcəkdir.
  • Sifarişləriniz həftənin bazar günlərindən başqa hər gün saat 9:00–dan 18:00-dək telefonla və ya elektron poçtla Birjaya müraciət etməklə qəbul olunur.
  • Xidmətimizdən istifadə etsəniz razı qalarsınız.

Uğurlu fəaliyyətinizdə sizə müvəfəqqiyyətlər arzulayırıq!




Sektor müdiri: --------------------------
Ünvan: ----------------------
Telefon: (+994 0136) 45-47-48
Fax: (+994 0136) 45-33-37, 45-32-33
E-mail: birja-naxcivan@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00 –dək. Fasilə: 13:00 – 14:00 -dək