Beynəlxalq münasibətlər

13.11.2014

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin Dövlət Məşğulluq Orqanlarınn 29.04.2014 – 02.05.2014-cü il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində iclası keçirilmişdir.

Qeyd olunan iclasda ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq əməkdaşlıq sektorunun baş məsləhətçisi Ülvi İsmayılov və Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun aparıcı məsləhətçisi Rüstəm Səlimov iştirak etmişdir.  

Tədbir Türkiyənin Dövlət Məşğulluq Xidməti (İşkur) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Maliyyə və Sosial statistik araşdırmalar və Tədris Mərkəzi (SESRİC) tərəfindən təşkil olunmuşdur. Tədbirdə Türkiyənin Dövlət Məşğulluq Xidmətinin rəhbəri Nüsrət Yazıçı, İslam Əməkdaşlıq Təşkilatının eksperti Nağı Cabbarov, Maliyyə və Sosial statistik araşdırmalar və Tədris Mərkəzinin nümayəndəsi Mehmet Fatih çıxış etmişdirlər. Tədbirin birinci günündə nümayəndə heyətlərinin qısa təqdimatları dinlənilmiş, müzakirələr aparılmışdır. Tədbirin ikinci günündə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət məşğulluq orqanlarının əməkdaşlığının koordinasiya edilməsi üçün SESRİC-in bazasında şəbəkənin yaradılması ətrafında geniş müzakirələr keçirilmişdir. Gələcəkdə bu fəaliyyətin daha da səmərəliləşdirilməsi üçün internet portalın yaradılması da nəzərdə tutulmuşdur. Həmçinin tərəfimizdən İƏT-in Əmək Nazirlərinin 2012-ci ildə Bakıda keçirilən görüşündə Bakı şəhərində Əmək Mərkəzinin yaradılması barədə qəbul olunmuş qərar haqqında iştirakçılara məlumat verilmiş və bu Mərkəzin gələcəkdə İslam Konfransı Təşkilatının üzv ölkələrinin dövlət məşğulluq orqanlarının əməkdaşlığının koordinasiya edilməsinə töhvə verəcəyi iştirakçıların nəzərinə çatdırılmışdır.

Uzun müzakirələrdən sonra Hesabat qəbul edilmiş və İƏT-in Əmək Nazirlərinin İcraiyyə komitəsinin görüşündə müzakirəyə cıxarılması barədə razılıq əldə edilmişdir. Tədbirin sonunda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət məşğulluq orqanlarınn İkinci görüşünün Əlcəzairdə keçiriləcəyi qərara alınmışdır.