Beynəlxalq münasibətlər

13.11.2014

Avropa Təlim Fondu “Şərqi Avropada fasiləsiz peşə hazırlığı: təklifin yaxşılaşdırılması və tələbin səfərbər edilməsi” mövzusunda 21-23 oktyabr 2014-cü il tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində seminar keçirilmişdir.

ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Hüquq və kadrlarla iş üzrə şöbəsinin müdiri Elçin Miriyev Avropa Təlim Fondunun  (ETF) “Şərqi Avropada fasiləsiz peşə hazırlığı: təklifin yaxşılaşdırılması və tələbin səfərbər edilməsi” mövzusunda 21-23 oktyabr 2014-cü il tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində seminarda iştirak etmişdir. Konfrans Moldova Respublikasının Təhsil və Əmək, Sosial Müdafiə və Ailə Nazirliklərinin Avropa Birliyi ilə Moldovanın Kişinyov şəhərində birgə təşkil edilmişdir. 

Konfransın əsas məqsədi iştirakçılar tərəfindən Şərqi Avropada “Fasiləsiz Peşə Hazırlığı” layihəsinə dair əldə olunmuş nailiyyətlər barədə fikir mübadiləsinin aparılmasıdır. Bu layihə 2011-2014 illər üzrə həyata keçirilmişdir və bu konfrans layihənin yekun tədbiridir. Şərqi Avropada fasiləsiz peşə hazırlığının əhəmiyyəti iqtisadi və demoqrafik  yeniliklərə əsaslanır. Əhali yaşlanır və onların əmək bazarında daha uzun müddət qalacaqları gözlənilir. Bu layihə fasiləsiz peşə hazırlığı məsələsinə dair müzakirələrə amillərin, tələb və təklif tərəfinin güclü tərəfləri və məqsədlərinin təhlili ilə yeni elementlər gətirdi.  Bu məsələdə vəziyyət müxtəlif ölkələrdə eyni deyil. Bu fərqlərə baxmayaraq ümumi maraqlar mövcuddur. Azərbaycan, Belarus,və Moldova Respublikaları Avropa Təlim Fondu ilə birgə sahə şuralarının gücləndirilməsi istiqamətində irəliləyirlər.