Beynəlxalq münasibətlər

08.05.2015

6-8 may 2015-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) 10-cu Dünya Konqresi keçirilmişdir.

6-8 may 2015-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) 10-cu Dünya Konqresi keçirilmişdir. Tədbirdə Türkiyənin Məşğulluq Xidməti (IŞKUR)  növbəti 5 il üçün WAPES-in Prezidenti kimi seçilmişdir. Azərbaycanı DMX-in rəisi Anar Bədəlbəyli, maliyyə və mühasibatlıq şöbəsinin  müdiri  Məhəmməd Əliyev, Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Heydər Cəfərli və Hüquq və kadrlarla iş üzrə şöbəsinin müdiri Əli Bürcəliyev təmsil etmişlər.