Beynəlxalq münasibətlər

27.10.2017

“Gənclər arasında işsizliyin aradan qaldırılmasında “Gənclərin təminatı” proqramı” mövzusunda Bosniya və Herseqovina Respublikasında konfrans keçirilmişdir.

 17-18 oktyabr tarixlərində Bosniya və Herseqovina Respublikasının Sarayevo şəhərində Bosniya və Herseqovina Respublikasının Əmək və Məşğulluq Agentliyi və Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyası (WAPES) tərəfindən “Gənclər arasında işsizliyin aradan qaldırılmasında “Gənclərin təminatı” Proqramı” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndə heyəti iştirak etmişdir.

Konfransda “Gənclərin təminatı” proqramının təqdimatı, onun təcrübəsi, təsirlər, inkişaf və perspektivlər üçün təkliflər", "Gənclər arasında işsizliklə mübarizədə dövlətlərin həmrəyliyi", "Sosial müdafiəyə və xüsusi qayğıya ehtiyacı olan gənclərin əmək bazarına inteqrasiyası", "Təhsildən kənarlaşmış gənclərə xüsusi dəstək" mövzularında Belçika, Xorvatiya, Sloveniya, Rusiya, Avstriya, Fransa, Bosniya və Herseqovina, Estoniya Məşğulluq Xidməti orqanlarının, həmçinin təşkilatın digər üzv dövlətlərinin Dövlət Məşğulluq Xidmətləri tərəfindən işsiz gənclərin cəlb olunduğu digər məşğulluq proqramlarının və ayrı-ayrı ölkələrin bu mövzuda müsbət təcrübələrinin təqdimatı keçirilmiş, gənclərin işsizliyinin aradan qaldırılması istiqamətində milli və beynəlxalq səviyyədə iştirakın yolları barədə üzv dövlətlər arasında təcrübə və fikir mübadiləsi aparılmışdır.