Beynəlxalq münasibətlər

22.06.2012

Gənclərin məşğulluğu Beynəlxalq Əmək Təşkilatının diqqət mərkəzindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Xidmətinin, eləcə də Beynəlxalq Əmək Təşkilatının nümayəndələri Göyçay rayonuna işgüzar səfər etmişlər.

13.04.2012

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin “Modul tipli təlim proqramlarının hazırlanması” tapşırığı çərçivəsində 10-14 aprel tarixlərində təlim keçirilmişdir

2012-ci ilin 10-14 aprel tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” Layihəsinin “Modul Təlim Proqramları” tapşırığı çərçivəsində beynəlxalq ekspert, təlimçi Klod Vassamilletin itirakı ilə “Modul kurrikulumlarının hazırlanması” üzrə təlimlərin IV mərhələsi keçirilmişdir. Təlimdə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları Fuad Mehdizadə, Rəşad Əsgərli, Cavid Süleymanov, Ülvi İsmayılov, Lalə Ağayeva iştirak etmişlər.

26.03.2012

Dövlət Məşğulluq Xidmətləri Assosasiyasının (WAPES) təşkilatçılığı ilə “İxtisas və bacarıqların mobilliyinin əmək bazarına olan təsiri” mövzusunda konfrans keçirilmişdir.

20-22 mart 2012-ci ildə Dövlət Məşğulluq Xidmətləri  Assosasiyasının (WAPES) təşkilatçılığı ilə “İxtisas və bacarıqların mobilliyinin əmək bazarına olan təsiri” mövzusunda Almaniya Federativ Respublikasının Bonn şəhərində konfrans keçirilmişdir.

06.07.2010

Torontoda keçirilən “Böyük iyirmiliyin” sammiti ərəfəsində BƏT Beynəlxalq Əmək Təşkilatı) tarazlaşdırılmış iqtisadiyyatın sağlamlaşdırılması üçün əmək bazarında aktiv tədbirlərin həyata keçirilməsinə çağırmışdır.

18 iyun, 2010-cu il tarixdə Beynəlxalq Əmək Təşkilatının illik konfransı yekunlaşıb. Konfransın nümayəndələri xüsusi olaraq əhalinin məşğulluğu və sosial müdafiəsi məsələlərində iqtisadiyyatın sağlamlaşdırılması siyasətinə diqqəti cəlb etdilər.

16.02.2010

ÜDMXA (Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası, WAPES) ilə əməkdaşlıqda daha bir nailiyyət

2010-cu ilin 26-28 yanvar tarixlərində ÜDMXA-nın və Ukraynanın Dövlət Məşğulluq Xidmətinin birgə təşkil etdikləri “Qlobal maliyyə böhranı: Avropa Dövlət Məşğulluq Xidmətlərinin rolu” adlı konfransda iştirak etmək üçün Baş Məşğulluq İdarəsinin rəsi müavini Xaliq İlyasov və Hüquq sektorunun müdiri Cavid Heydərli Ukraynanın Kiyev şəhərinə ezam olunmuşdurlar. Görüşün açılışını Ukraynanın Əmək və sosial siyasət naziri xanəm Ludmila Denisova və ÜDMXA-nın Avropa Regionunun prezidenti cənab Günter Schauenberg etdilər. Daha sonra isə Ukraynanın Dövlət Məşğulluq Xidmətinin direktoru canab Vladimir Qalitski Ukraynanın əmək bazarındakı mövcud vəziyyət və böhrandan sonrakı qalxınma tədbirləri haqda ətraflı şəkildə məlumat verdi.

16.12.2009

Almaata şəhərində 7-8 dekabr tarixində BMT-nın konfransı keçirilmişdir

       Şərqi Avropa və Məkəzi Asiya ölkələrində antiböhran siyasəti mövzusunda Almaata şəhərində 7-8 dekabr tarixində BMT-nın konfransı keçirilmişdir. Görüş Qazaxstan höküməti ilə BMT-nın 4 təsisatçı arasında təşkil olunmuşdur.
       Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, regionun 13 ölkəsindən olan maliyyə və kənd təsərrüfatı müəssisələrinin nümayəndələri ilə birlikdə böhrandan çıxış yolları mövzusunda təcrübə mübadiləsilə bölüşmüşlər, sosial sahəyə iqtisadi sarsıntının təsirinin nəticələrinin yumşaldırılması məsələlərini və uzunmüddətli antiböhran strategiyasının hazırlanması yollarını müzakirə etmişlər.

09.12.2009

Avropa Komissiyasının “Texniki Dəstək və İnformasiya Mübadiləsi Proqramı”

      13-17 may 2009-cu il tarixində Avropa Komissiyasının “Texniki Dəstək və İnformasiya Mübadiləsi Proqramı” çərçivəsində Bolqarıstanın sofiya şəhərində “Məşğulluq Sisteminin İnkişafı” mövzusunda təşkil olunaraq keçirilən tədbirlərdə Baş Məşğulluq İdarəsinin Beynəlxalq əməkdaşlıq və yeni texnologiyaların tətbiqi sektorunun baş məsləhətçisi Ülvi İsmayılov və Nizami rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Fərhad Xəlilov iştirak etmişdirlər. Səfər zamanı Bolqarıstanın Əmək və sosial siyasət nazirliyində və digər təşkilatlarında səmərəli görüşlər təşkil olunmuşdur. Belə ki, adı çekilən nazirliyin əmək qanunveriliciyi şöbəsinin müdiri xanım Smela Nineva ilə ölkələrimizdə mövcud olan sosial müdafiə sistemləri, əhalinin məşğulluğunun təşkil olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

27.04.2009

9-13 mart 2009-cu il tarixlərində Niderland Krallığının yardım proqramı çərçivəsində “Əlillərin milli əmək bazarında iştirakı ilə bağlı” Krallığının Sosial İşlər və Məşğulluq Nazirliyinin təşkilatçılığı ilə seminarlar keçirilmişdir.

       9-13 mart 2009-cu il tarixlərində Niderland Krallığının yardım proqramı çərçivəsində “Əlillərin milli əmək bazarında iştirakı ilə bağlı” Krallığının Sosial İşlər və Məşğulluq Nazirliyinin təşkilatçılığı ilə seminarlar keçirilmişdir.
       Sosial İşlər və Məşğulluq Nazirliyi onun aparatından və nazırlik yanında Sosial Müdafiə Mərkəzi və Dövlət Məşğulluq Xidməti sistemindən ibarətdir. Niderland Krallığının Sosial İşlər və Məşğulluq Nazirliyi yanında əhalinin sosial müdafiəsi ilə bağlı iki böyük İdarə fəaliyyət göstərir ; Yerli orqanlarla birgə 15 minə yaxın işçisi olan Sosial Müdafiə Mərkəzi və yerli orqanlarla birgə 4 min nəfərə yaxın işçisi olan Dövlət Məşğulluq Xidmətidir.
       Hal-hazırda Niderland Krallığında əhalinin sayı 16.4 milyon nəfər təşkil edir. Onlardan 7,3 milyon nəfəri məşğul əhalidir. Pensiyaçıların sayı isə 2.4 milyon nəfər təşkil edir.

08.04.2009

BƏT-nın 8-ci Avropa üzrə Regional Görüşü keçirilmişdir

     2009-cu ilin 08-13 fevral tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində 3 ölkənin (Portuqaliya, Moldova, Çexiya) Baş Naziri, 28 ölkənin Əmək və Sosial Məsələlər nazirləri və digər sosial tərəfdaşların iştirakı ilə təşkil olunmuş BƏT-nın 8-ci Avropa üzrə Regional Görüşü keçirilmişdir. Gorüşdə Azərbaycan Respublkasını ƏƏSMN-nin nümayəndə heyəti təmsil etmişdir.
     Görüşün keçirilməsində əsas məqsəd BƏT-nın Baş Direktoru cənab Xuan Somaviyanın Qlobal maliyyə böhranı ilə əlaqədar dünya ictimaiyyətinə və bütün beynəlxalq qurum və təşkilatlara yönəlmiş çağırışının (rəsmi çıxışının) müzakirəsi, eləcə də cari ilin aprel ayında keçiriləcək BƏT-nın İnzibati Şurasının Toplantısı üçün ilkin təkliflər paketinin hazırlanması olmuşdur.

29.08.2008

Yaponiyada Asiya və Sakit okean regionu üzvləri üçün seminar keçirilmişdir

Məşğulluq sisteminin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və yeni texnologiyaların tətbiqi zəruriliyini nəzərə alaraq 2007-ci ildə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Baş Məşğulluq İdarəsində Beynəlxalq əməkdaşlıq və yeni texnologiyaların tətbiqi sektoru yaradılmışdır. Yaradıldığı ilk gündən etibarən beynəlxalq əməkdaşlıq və yeni texnologiyaların tətbiqi sahəsində birsıra mühüm işlər görülmüşdür.
Görülən işlərin nəticəsində 01 avqust 2007-ci il tarixdən Baş Məşğulluq İdarəsi Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasına qəbul olunmuşdur.
Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyası bütün dünyadan 80 üzvü özündə birləşdirən, məşğulluq sisteminin təkmillşdirilməsi sahəsində dövlətlərarası təcrübə mübadiləsini həyata keçirən nüfuzlu bir təşkilatdır.
Assosiasiyanın üzvü kimi 13-16 noyabr 2007-ci il tarixlərində Yaponiyada təşkil olunmuş Asiya və Sakit okean region üzvləri üçün seminarda BMİ-nin nümayəndə heyəti iştirak etmişdir.

1 | 2 | 3 |

Geri | Yuxarı