Fəaliyyətimiz

14.11.2017

Nərimanov rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 45 və 212nömrəli orta ümumtəhsil məktəblərdə peşəyönümü tədbirləri keçirilmişdir.

Nərimanov rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 14 noyabr 2017-ci il tarixində 45 və 212 nömrəli tam orta ümumtəhsil məktəblərdə yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı  ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbirləri keçirilmişdir.   

Tədbirlərdə Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Sevinc Müslümova, Nərimanov rayon Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun müdiri və direktor müavini vəzifəsini müvəqqəti icra edən Fərhad Xəlilov, İşaxtaran və İşsiz vətəndaşların sosial müdafiəsi sektorunun aparıcı məsləhətçisi İlkin Şükürzadə,  İşaxtaran və İşsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi Eyvaz Quliyev, məktəblərin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və onların valideynləri iştirak etmişlər. Tədbirlərdə “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin təlimçisi Aygül Məmmədova təqdimatla çıxış edərək mövzu ətrafında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Tədbirlərdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gənclərə və onların  valideynləri ətraflı məlumat verilib. Məşğulluq  Xidmətlərinin fəaliyyət istiqamətləri, peşə hazırlığı və əlavə  təhsil  kursları, digər aktiv məşğulluq tədbirləri haqqında iştirakçılara geniş məlumatlar verilmişdir.