Fəaliyyətimiz

14.11.2017

Yasamal rayon Məşğulluq Mərkəzində işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

14 noyabr 2017-ci il tarixdə təsdiq olunmuş qrafikə əsasən Yasamal rayon Məşğulluq Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Giriş sözü ilə Mərkəzin direktoru Elxan Rəhimov tədbir iştirakçılarını salamlamış və 2017-ci ilin 10 ayı ərzində İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsəndə Mərkəz tərəfindən həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat vermişdir.  

Sonra Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov çıxış edərək  Dövlət məşğulluq siyasətinin həyata keçrilməsində işəgötürənlərin hüquq və vəzifələri, eləcə də Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ünvanlılıq prinsipinin təmin olunması ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, qəbul edilmiş Dövlət Proqramları, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri barədə geniş məlumat vermişdir.

Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi- bu sahədə mövcud olan problemlərin həllinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənir. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi daim dövlətimizin diqqət mərkəzindədir.