Fəaliyyətimiz

30.11.2017

Ağcabədi rayon orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri keçirilmişdir.

29 noyabr 2017-ci il tarixdə Ağcabədi rayon Ş.Hüseynov adına 2 saylı və 9 saylı orta ümumtəhsil məktəblərində Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə növbəti peşəyönümü tədbirləri keçirilmişdir.

Tədbirdə Məşğulluq Mərkəzinin mütəxəssisləri düzgün peşə seçimi ilə bağlı zəruri məsləhətlər vermiş,  gənclərə meyl və maraqlarına uyğun olaraq əmək bazarında tələb olunan peşələrə yiyələnməsi istiqamətində öz tövsiyələrini vermişlər. Yuxarı sinif şagirdləri tərəfindən verilmiş suallar  cavablandırılmışdır.