Fəaliyyətimiz

30.11.2017

Biləsuvar rayonunda “ Yuxarı sinif şagirdlərinin düzgün peşə seçimində valideynlərin rolu”

2017-ci il noyabrın 28-də Biləsuvar rayon Məşğulluq Mərkəzi tərəfindən Biləsuvar şəhər 1 və 6 saylı tam orta məktəblərdə “Yuxarı sinif şagirdlərinin düzgün peşə seçimində valideynlərin rolu” mövzusunda  peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə  Biləsuvar  rayon Təhsil şöbəsinin metodist-psixoloqu, Məşğulluq Mərkəzinin direktoru, mərkəzin mütəxəssisləri,  yuxarı sinif şagirdləri və onların valideynləri iştirak etmişlər.

Tədbirin giriş  sözü  Biləsuvar  rayon   Məşğulluq  Mərkəzinin  direktoru  Əvəz Əliyev açmışdır.

Tədbirdə valideynlərə və yuxarı sininf şagirdlərinə hazırkı əmək bazarındakı mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında ətraflı məlumat verilmiş, düzgün peşə seçiminin vacibliyi, iş imkanlarının obyektiv qiymətləndirilməsi və bu imkanlardan səmərəli istifadə etməyin əhəmiyyəti barədə müzakirələr aparılmışdır.