Fəaliyyətimiz

06.12.2017

Biləsuvar rayon Məşğulluq Mərkəzi işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir.

04.12.2017-ci il tarixdə  Biləsuvar rayonunda rayon İcra Hakimiyyətinin məsul işçilərinin, işəgötürənlərin, HİK iştirakı ilə “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar üçün kvota yerlərinin müəyyən olunması, eləcə də həmin vətəndaşların onlar üçün təyin olunmuş iş yelərinə qəbulu vəziyyəti müzakirə edilmiş və bu sahədə əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti haqqında məlumat verilmişdir. “Dəyirmi masa”da rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İlqar Abbasov, Mərkəzin direktoru Əvəz Əliyev, dövlət və qeyri-dövlət təşkilatlarının rəhbərləri və kadrlar üzrə mütəxəssisləri iştirak etmişdir.

Tədbirdə Mərkəzin təşkil etdiyi əmək yarmarkalarının əhəmiyyəti, işsiz və işaxtaran vətəndaşların bu tədbirdə geniş şəkildə iştirakı və onların iş yerləri ilə təmin olunması haqqında məlumat verildi. Bu sahədə işəgötürənlərin Məşğulluq Mərkəzinə dəstək olmaları və onların daima Mərkəz ilə qarşılıqlı əlaqə yaratmaları tövsiyə olundu.

İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması istiqamətində işəgötürənlər əməkdaşlığa dəvət edilərək bu barədə tədbir iştirakçılarına geniş məlumatlar verilmiş, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.