Fəaliyyətimiz

07.12.2017

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Peşə secməkdə gənclərə dəstək ” mövzusunda tədbir kecirildi.

Qaradağ rayon Məşğulluq  Mərkəzi   5-6 dekabr tarixlərində  rayon ərazisində yerləşən 223-228  saylı orta  məktəblərdə  “Peşə secməkdə gənclərə dəstək” mövzusunda tədbir kecirmişdir. Rayon Məşğulluq Mərkəzinin böyük məsləhətçisi E.Həşimova iştirak edərək, əmək bazarında yaranmış cətinliklərdən danışmışdır. Gənclərin qarşısında duran vacib amillədən biri olan düzgün peşə və ixtisas secimləri, bu işdə daha məsuliyyətli, dəqiq olmalarını tövsiyyə edərək  şagirdlərin fikrini dinləmiş və məsləhət vermişlər.

 Bundan əlavə rayonun iqtisadi durumu, fəaliyyət göstərən idarə və müəssisələrdə nəzərdə tutulmuş vakant iş yerləri, bu iş yerlərinə peşəkar kadr hazırlığı haqqında şagirdlər  məlumatlandırılmışdır . 

 Məktəblilərə “Peşəyönümü” ilə bağlı tərtib edilmiş əyani vəsaitlər, bukletlər təqdim edilərək müəyyən məlumatlar verildi.