Fəaliyyətimiz

07.12.2017

2017-ci ilin dekabr ayının 6-da İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr  ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə  mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın  bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərinin düzgün təşkili  və aparılması xüsusi əhəmiyyətə malikdir.

İsmayıllı rayon  Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ilin dekabr ayının 6-da şəhər 3 saylı liseyində  yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı  ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.   

Tədbirdə Məşğulluq Mərkəzin mütəxəssisləri, liseyin psixoloqu və pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və onların valideynləri iştirak etmişlər.

Məşğulluq  Xidmətlərinin fəaliyyət istiqamətləri, peşə hazırlığı və əlavə  təhsil  kursları, digər aktiv məşğulluq tədbirləri haqqında iştirakçılara geniş məlumatlar verilmişdir.

Tədbirdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gənclər, onların  valideynləri ətraflı məlumatlandırılmışlar.