Fəaliyyətimiz

21.12.2017

Siyəzən, Şəmkir, İsmayıllı, İmişli, Qəbələ, Oğuz və Şəki rayonlarında peşəyönümü tədbirləri keçirilmişdir.

18.12.2017-ci il tarixində Şəmkir rayonu Morul kəndi, 19.12.2017-ci il tarixində Şəmkir rayonu Q.Mirzəməmmədov adına Sərxan tam orta məktəbi, İmişli şəhər 6 saylı tam orta məktəbi, 20 dekabr 2017-ci il tarixində İsmayıllı rayonu Q.Məmmədov adına Ruşan kənd tam orta məktəbi, Qəbələ rayonu Hacallı və 2 saylı tam orta məktəbləri, Oğuz rayonu Baş Daşağıl kənd tam orta məktəbi, Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbi və 21 dekabr 2017-ci il tarixdə Siyəzən şəhər 3 və 5 saylı tam orta məktəblərində, Salyan rayon Kürqaraqaşlı tam orta məktəbində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda növbəti peşəyönümü tədbirləri keçirilmişdir.        

Tədbir zamanı yuxarı sinif şagirdlərinə mövcud peşə və ixtisaslar, eləcə də peşə seçiminin əsas şərtləri haqqında məlumat verilərək onlara əmək bazarını ciddi təhlil etdikdən sonra öz bacarıqlarına uyğun istədikləri peşəyə yiyələnmək məsləhət görülmüşdür. Valideynlərə isə uşaqların potensialını nəzərə almaqla əmək bazarının tələblərinə uyğun olan peşəyə sahib çıxmaqla onlara dəstək olmağı tövsiyə olunmuşdur.