Fəaliyyətimiz

17.01.2018

Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən Özünüməşğulluq proqramına cəlb olunmuş bir neçə vətəndaşın fəaliyyətinə baxış keçirilmişdir. ( Video )

Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri də əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılmasıdır.

Dövlətimiz tərəfindən аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа və bununlа dа fəаl həyаt mövqеyinin fоrmаlаşmаsınа хüsusi diqqət yеtirilir. Bu bахımdаn Prеzidеnt İlhаm Əliyеvin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı mühüm əhəmiyyət daşıyır. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Sərəncamın icrası ilə əlaqədar özünüməşğulluq proqramı çərçivəsində Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən ötən il aktivlərlə təmin edilmiş vətəndaşlar öz ailə təsərrüfatlarını və bizneslərini qurmağa nail ola bilmişlər. 

Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ildə 30 nəfər işsiz və işaxtaran vətəndaş müvafiq aktivlərlə təmin edilmişdir.

Vətəndaşlar verilmiş aktivlər hesabına İstehsalat və xidmət sahələri üzrə ailə təsərrüfatlarını formalaşdırmışlar.

Özünüməşğulluq proqramından yararlananlardan biri də Əli Rəcəbovdur.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lazımi materiallarla təmin olunub. Verilmiş aktivlər hesabına mebel sexi quraraq öz ailə biznesini formalaşdırıb. Əli Rəcəbov mebel sexini ildən-ilə inkişaf etdirməyi,  gəlirli bir biznes qurmağı qarşılarına məqsəd qoyduqlarını və bu məqsədə də çatacacaqlarını bildirmişdir. Digər iştirakçı Zülfiyyə Bəbirova da dövlətin dəstəyi ilə yaratdığı tədris mərkəzinin fəaliyyəti barədə ümumi  məlumat vermişdir.  Hər bir iştirakçı belə bir imkan yaradıldığı üçün Azərbaycan  Respublikası Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirərək onlara göstərilən etimadı doğruldaraq gələcək fəaliyyətlərini daha da mütəşəkkil qaydada quracaqlarını qeyd etmişlər.