Fəaliyyətimiz

22.02.2018

Laçın rayon Məşğulluq Mərkəzi tərəfindən Özünüməşğulluq proqramına cəlb olunmuş bir neçə vətəndaşın fəaliyyətinə baxış keçirilmişdir. ( Video )

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqın güzəranının yaxşılaşdırılması məqsədilə 07 aprel 2016-cı il tarixində “Əhalinin özünüməşğulluğun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Laçın rayon Məşğulluq Mərkəzi də öz növbəsində Özünüməşğulluq proqramınının başlamasına start vermiş və proqrama 15 nəfər vətəndaş “Öz Biznesini Başla və Təkmilləşdir” (ÖBBT) təlimlərinı iştirakçıların seçilməsində müəyyən olunmuş meyarlara uyğun hesab edilərək cəlb edilmişdir. 17.08.2016-15.10.2016-cı il tarixlərində Laçın rayon Məşğulluq Mərkəzinin inzibati binasında özünüməşğuuluq proqramın ilə bağlı təlimlər keçirilmiş, daha sonra isə vətəndaşlardan 12-si öz biznes planlarını uğurla müdafiə edərək lazım olan aktivləri əldə etmişdirlər. Lider Tv kanalının əməkdaşları vətəndaşlardan bir neçəsinin  təsərrüfatına baxış keçirmiş və çəkiliş aparmışdır.Onlardan Laçın rayon Qarakeçdi kənd sakini Həsənov Amiq Köçəri oğluna 1 baş balalı inək, 1 baş boğaz inək və 1 baş dana olmalqa cəmi 4 baş, Laçın rayon Dambulaq kənd sakini Əsədov Osman Adil oğluna 22 baş balalı qoyun olmaqla cəmi 44 baş xırdabuynuzlu heyvan və Laçın rayon Qarakeçdi kənd sakini Rzayev Xanzadə Yunis oğluna isə ətlik cins dana olmaqla cəmi 4 baş iribuynuzlu mal verilmişdir.