Fəaliyyətimiz

13.04.2018

Məşğulluq Xidmətinin əməkdaşları üçün “Vətəndaşların qəbulu prosesinin psixoloji modeli” mövzusunda treninq keçirilimşidir.

İşaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin olunması, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, psixoloji adaptasiyası, eləcə də onların qəbulu prosesinin müasir tələblərə uyğun şəkildə təşkili sahəsində şəhər (rayon) Məşğulluq Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və Məşğulluq Xidməti orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq əmri ilə təstiq edilmiş tədbirlər planının icrası məqsədi ilə “Vətəndaşların qəbulu prosesinin psixoloji modeli” mövzusunda peşəkar psixoloqlar cəlb olunmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Məşğulluq Mərkəzlərinin mütəxəssisləri üçün bir günlük treninq keçirilmişdir.