Fəaliyyətimiz

27.04.2018

Şəki rayonunda “Peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

Yuxarı sinif şagirdləri ilə keçirilən peşəyönümü tədbirlərinin davamı olaraq 25-26 aprel 2018-ci il tarixində Şəki rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  Kiş kənd 1 və 2  №-li  tam orta məktəblərdə “Peşə seçimində gənclərə dəstək” mövzusunda növbəti peşəyönümü tədbiri keçirildi. Tədbirdə şagirdlərə Məşğulluq Mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlər, aktiv məşğulluq tədbirləri, o cümlədən peşəyönümü tədbirlərinin mahiyyəti barədə məlumatlar verildi. Səmərəli məşğulluğun təmin olunmasında düzgün peşə seçiminin amil olduğu şagirdlərin diqqətinə çatdırıldı. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.