Fəaliyyətimiz

28.04.2018

Oğuz rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

   27 aprel 2018-ci  il tarixdə Oğuz rayon Olimpiya İdman Kompleksinin inzibati binasında “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası barədə işəgötürənlərin məlumatlandırılması ” mövzusunda dəyirmi masa keçirildi. Tədbirə əsasən Əlaqələndirmə komitəsinin üzvləri, həmkarlar təşkilatının nümayəndəsi, sahibkarlar, idarə və müəssisə rəhbərləri, “Oğuz yurdu” qəzetinin redaktoru dəvət edilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin Baş məsləhətçisi  Validə Kərimova açaraq tədbir iştirakçılarına rayonun əmək ehtiyatlarından səmərəli istifadə məqsədi ilə keçirilən   məşğulluq tədbirləri  barədə ətraflı  məlumat verildi. Mərkəzin aparıcı məsləhətçisi İbrahimxəlil İskəndərov mövzu barədə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra DSMF-nun direktor əvəzi Cümşüd Süleymanov və Mərkəzin məsləhətçisi Tural Nəzərov öz fikirlkərini bildirdilər.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  “İşsizlikdən sığorta haqqında”imzalanmış Qanun ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu davamıdır. Bu Qanun sığortaolunanların, yəni işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sögorta olunan işçilərin itirilmiş əməkhaqlarının kompensasiya olunmasına,işsizliyin yaranmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Bu Qanun növbəti illərdə aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.