Fəaliyyətimiz

14.05.2018

Salyan rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

14.05.2018-ci il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq Salyan rayon Məşğulluq Mərkəzində “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda növbəti dəyirmi masa keçirilmişdir. Salyan rayon Mərkəzi kitabxanasında  təşkil edilən dəyirmi masada rayonda rayon maliyyə idarəsi, DSMF-nin rayon şöbəsinin, yerli bələdiyyələrin, həmkarlar ittifaqı təşkilatlarının numayəndələri, sahibkarlar, idarə və müəssisə rəhbərləri, kadr üzrə müfəttişlər iştirak etdilər. Dəyirmi masanı açan rayon Məşğulluq mərkəzinin direktoru Elxan Kərimov “İşsizlikdən sığorta haqqında”Azərbaycan Respublikası Qanunu haqqında, onun əhəmiyyəti barəsində tədbir iştirakçilarını məlumatlandırdı. Sonra mərkəzin baş məsləhətçisi Ramil Əzizov sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası barədə çıxış edərək iştirakçılara müfəssəl izahat verdi.Daha sonra dəyimi masada iştirak edən işəgötürənlər öz fikirlərini bölüşdülər və onları maraqlandıran müxtəlif suallara da ətraflı cavab aldılar.