Fəaliyyətimiz

15.05.2018

Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

14  May 2018-ci il tarixdə Kürdəmir rayon Məşğulluq Mərkəzi, İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu  barədə dəyirmi masa keçirmişdir. Tədbirdə rayon  İcra hakimiyəti başçısının müavini,  sosial iqtisadi məsələlər üzrə proqnozlaşdırma şöbəsinin müdiri, Məşğulluğa Kömək göstərən Əlaqələnirmə Komitəsinin sədri Ağəli Kərimli, komitənin üzvləri və sahibkarlar, idarə, müəssisə və təşkilat  rəhbərləri iştirak edirdi.

Tədbir iştirakçılarına işsizlikdən sığortanın məqsədi və əhatə dairəsi, İşsizlikdən sığortanın subyektlərinin hüquq və vəzifələri,İşsizlikdən sığorta üzrə qeydiyyat, sığorta haqqının və sığorta ödənişinin tənzimlənməsi, Sığorta vəsaitlərinin toplanması və idarə edilməsi barədə məlumat verildi.

İşəgötürənlərlə Məşğulluq Mərkəzi ilə əlaqələrinin daha da gücləndirilməsi, işçi qüvvəsinə olan təlabatın ödənilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab edildi.