Fəaliyyətimiz

15.05.2018

Gəncə-Kəpəz rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

 Dövlət  Məşğulluq  Xidməti  tərəfindən  təsdiq edilmiş qrafikə uyğun olaraq  14  may  2018-ci il tarixdə Gəncə-Kəpəz rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında Azərbaycan  Respublikasının  Qanunu “  mövzusunda   dəyirmi  masa  keçirildi.

Tədbirdə  Gəncə  şəhər  İcra  Hakimiyyətinin  məsul  işçisi,  həmkarlar ittifaqı təşkilatının  nümayəndəsi, eyni  zamanda  işçilərinin sayı  25-dən yuxarı olan 30-dan artıq  idarə, müəssisə və təşkilatların rəhbərləri və kadrlar üzrə mütəxəssisləri də yaxından iştirak etdilər.  Tədbirdə  həmçinin  işçilərinin sayı  500-dən yuxarı  olan  iri  müəssisələrdən  “Gəncə Detal  Aluminium” MMC-nin, “Gəncə Şərab-2” ASC - nin, Gəncə Telekommunikasiya İdarəsinin,   Azərbaycan Texnologiya Universitetinin,  Gəncə Regional Qaz İstismar İdarəsinin  də  kadrlar  üzrə  mütəxəssisləri  yaxından  iştirak  etdilər.

Tədbirdə  sığorta  ödənişinin  kimlərə  şamil  olunacağı  və ödənişlərin  hansı  qaydada   veriləcəyi  haqqında  geniş  müzakirə  aparıldı, eyni  zamanda  canlı  dialoq  çərçivəsində qaldırılan suallara ətraflı aydınlıq gətirildi. Tədbir yerli televiziya və  kütləvi  informasiya vasitələri tərəfindən  işıqlandırılacaq.