Fəaliyyətimiz

15.05.2018

Xəzər rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

15  May 2018-ci il tarixdə Xəzər rayon Məşğulluq Mərkəzində “İşsizlikdən Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda kiçik və orta sahibkarların, idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı giriş sözü ilə Xəzər rayon Məşğulluq Mərkəzinin direktoru Gülşən Sadıxova açmış, tədbir iştirakçılarını salamlayaraq məşğulluq sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti  barədə qonaqlara ətraflı məlumat verərək  keçirilən dəyirmi masanının bu sırada baş tutan növbəti tədbirlərdən biri olduğunu vurğulamışdır.

Sonra çıxış edən Dövlət Məşğulluq Xidmətinin “Əmək Bazarının Təhlili və Statistika” şöbəsinin müdiri İsa Həsənov çıxış edərək “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan danışaraq bildirdi ki, bu Qanunun məqsədi Azərbaycan Respublikasının Əmək Bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyələşdirmə mexanizmlərinin yaradılması, sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. O, Nazirlər Kabinetinin “İşsizlikdən Sığorta ödənişinin verilməsi qaydası” , “Sığorta olunanların əmək haqqlarının maliyələşdirilməsi qaydası haqqında” tədbir iştirakçılarına ətraflı məlumat verərək sığorta olunanların əmək haqlarının maliyyələşdirilməsi proqramı və digər aktiv məşğulluq tədbirlərindən danışdı.

Qeyd olundu ki, işsizlikdən sığorta sisteminin tətbiqi, digər aktiv məşğulluq tədbirləri ilə yanaşı, özünüməşğulluq proqramının gələcəkdə daha geniş vüsət almasına təminat yaradacaqdır.

Mövzu ətrafında dəyirmi masada iştirak edən müəssisə və təşkilatların nümayəndələri və Mərkəzin mütəxəssisləri arasında fikir mübadiləsi aparılmışdır. 

İşəgötürənlərlə Məşğulluq Mərkəzi arasında  əlaqələrinin daha da gücləndirilməsi, işçi qüvvəsinə olan təlabatın ödənilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab edildi.