Fəaliyyətimiz

15.05.2018

Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə əsasən 08 may 2018-ci ildə Yevlax rayon Məşğulluq Mərkəzinin inzibati binasının akt zalında “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda dəyirmi masa keçirildi. Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndəsinin və Məşğulluğa Kömək üzrə Yevlax Şəhər Əlaqələndirmə Komissiyasının üzvlərinin iştirak etdiyi dəyirmi masaya rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və məsul işçiləri dəvət edilmişdilər. Tədbirdə Yevlax rayon Məşğulluq Mərkəzinin direktoru Vaqif Məmmədov, mərkəzin şöbə müdiri Adil Tağızadə və 8 saylı Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev çıxış edərək, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi, mahiyyəti və şərtləri barəsində işəgötürənlərə ətraflı məlumat verdilər. Tədbirin sonunda işəgötürənlərin sualları cavablandırıldı.