Fəaliyyətimiz

16.05.2018

Səbail rayon Məşğulluq Mərkəzində “İşsizlikdən Sığorta Haqqında Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda tədbir keçirilmişdir.

15.05.2018-ci il tarixində  Səbail rayon Məşğulluq Mərkəzinin rəhbərliyi ilə rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin  nümayəndələrinin  iştirakı ilə “İşsizlikdən Sığorta Haqqında Azərbaycan Respublikasının Qanunu  barədə  işəgötürənlərin məlumatlandırılması” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail rayon Məşğulluq Mərkəzinin direktoru Fərəc Qasımzadə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan danışaraq bildirdi ki, bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyələşdirmə mexanizmlərinin yaradılması, sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Eyni zamanda tədbirdə  Nazirlər Kabinetinin “İşsizlikdən Sığorta ödənişinin verilməsi qaydası”, “Sığorta olunanların əmək haqlarının maliyələşdirilməsi qaydası haqqında”  qərarları  barədə  tədbir iştirakçılarına  ətraflı məlumat verilərək,  sığorta  olunanların  əmək haqlarının maliyyələşdirilməsi proqramı və digər aktiv məşğulluq tədbirlərindən söhbət açıldı.