Fəaliyyətimiz

17.05.2018

«Peşə secimində valideynlərin rolu” mövzusunda Kürdəmir rayonunda peşəyönümü tədbiri keçirilmişdir.

17  may  2018- ci il tarixində  Kürdəmir rayon   Qarasu  və Şilyan  tam orta məktəblərdə yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı  ilə  peşə yönümünə dair  tədbir keçrilmişdir.

Mərkəzin sektor müdiri tərəfindən şagirdlərə Məşğulluq mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlər, xüsusi ilə Aktiv məşğulluq tədbirlərinin tərkib hissəsi olan  Peşə kursları, Əmək yarmarkaları, Əmək birjaları, düzgün peşə seçimi və bunun müasir əmək bazarında rolu haqqında geniş  məlumatlar verilmiş, mövzu ətrafında tədbir iştirakçıları ilə diskussiyalar aparılmışdır. Eyni zamanda düzgün Peşə yönümünə dair söhbətlərin psixoloqlar  tərəfindən məktəbdaxili mütəmadi keçrilməsinin zəruriliyi vurğulandı,  bu yöndə, məktəbdə çalışan psixoloq və təşkilatçılara müəyyən tövsiyyələr verildi. Tədbirin sonunda şagirdlərin  peşə seçiminə dair sorğu keçrilmiş və onları maraqlandıran suallar ətraflı cavablandirımışdır.