Fəaliyyətimiz

21.05.2018

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

18.05.2018-ci il tarixində Qaradağ rayon Məşğulluq Mərkəzi rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “İşsizlikdən Sığorta” Haqqında Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Dövlət Məşğulluq Xidmətinin Yerli Orqanlarla və Sosial Təfdaşlarla İş Sektorunun baş məsləhətçisi Xətai Mehrəliyev iştirak etmişdir. Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru T.Hüseynov “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan danışaraq sığorta ödənişinin verilmə qaydası,fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası və sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydaları haqqında geniş cıxış edərək müəssisə nümayəndələrinin suallarını cavablandırdı.Daha sonra Mərkəzin direktoru  bildirmişdir ki, işsizlikdən sığorta sisteminin tətbiqi, digər aktiv məşğulluq tədbirləri ilə yanaşı, özünüməşğulluq proqramının gələcəkdə daha geniş vüsət almasına təminat yaradacaqdır.

Mövzu ətrafında dəyirmi masada iştirak edən müəssisə və təşkilatların nümayəndələri və Mərkəzin mütəxəssisləri arasında fikir mübadiləsi aparılmışdır.