Fəaliyyətimiz

22.05.2018

Şirvan şəhərində işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə əsasən 14 may 2018-ci il tarixdə Şirvan şəhər Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçirilmişdir.

 Tədbirdə Məşğulluq Mərkəzinin direktoru F.Hüseynli ətraflı çıxış edərək, işsizlikdən sığorta sisteminin məqsədindən, Qanunun  məcburiliyindən, işəgötürənlərlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığortaolunan işçilərin itirilmiş əmək haqqlarının kompensasiya olunmasından, işsizliyin yaranması hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsindən, onların əmək bazarna təkrar qaytarılmasına kömək göstərilməsi üçün görüləcək tədbirlərdən danışıldı və bu haqda geniş müzakirələr aparıldi.

 İştirakçılar mövcud əmək bazarınin durumu, işaxtaran və işsiz vətəndaşların problemləri və işəgötürənlərin vətəndaşlara münasibətləri barədə geniş fikir mübadiləsi apardılar.

 

 

.