Fəaliyyətimiz

25.05.2018

İsmayıllı rayonunda “Əmək Yarmarkası” təşkil olunmuşdur.

İsmayıllı rayon Məşğulluq Mərkəzi rayon  İcra  Hakimiyyətinin rəhbərliyi  ilə 24 may  2018-ci il tarixdə rayonun Peşə Tədris Mərkəzində  növbəti  “Əmək  yarmarkası”nı təşkil etmişdir. ”Əmək  Yarmarkası”nda  İsmayıllı  rayon  İcra  Hakimiyyətinin nümayəndəsi, idarə  müəssisə,  təşkilat  rəhbərləri,  iş adamları və işaxtaran  vətəndaşlar daxil olmaqla  cəmi 492 nəfər  iştirak etmişdir.

Əmək  yarmarkasına  61  idarə, müəssisə,  təşkilat və  sahibkarlar  tərəfindən   241  boş iş yeri  təqdim edilmişdir. Vakansiya  təqdim edən işəgötürənlərdən 39-u  dövlət, 21-i qeyri  dövlət, 1-i isə fiziki şəxs  olmuşdur. Əmək  yarmarkasına   çıxarılmış  boş iş yerlərindən  139-ü  fəhlə, 91-i qulluqçu, 11-i isə xidmət işçiləridir.

Təqdim olunmuş  boş  iş  yerlərinə 103 nəfər qeyri məşğul  vətəndaşa  göndəriş verilmişdir.  Onlardan 36 nəfəri dövlət, 67  nəfəri isə özəl  iş yerlərinə  göndərilmişdir. Təqdim edilmiş  boş iş  yerlərində əmək  haqqı 135  manatdan 310  manata  kimi  olmuşdur.

Yarmarkada 12 nəfər peşə  təlimi kursuna göndərilmək üçün, 15 nəfər işaxtaran vətəndaş isə ictimai işə cəlb olunmaq üçün müraciət etmişdir.