Fəaliyyətimiz

25.05.2018

Astara rayonunda peşəyönümü tədbiri keçirilmişdir.

22-23-24 may 2018-ci –il  tarixlərində təqdim olunmuş qrafikə uyğun olaraq Astara rayonunun Şiyəkəran kənd 1,2, Kakalos kənd tam orta məkətblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbiri keçirilmişdir.

Tədbirdə məktəb direktorları, informatika, psixoloq müəllimləri və valideynlər  iştirak etmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin təlim tərbiyyəsi, həyata hazırlanması, onlara təcrübə və milli adət-ənənələrə müvafiq sənət və peşələrin öyrədilməsi və onların  meyllərinin əmək bazarı tələbatına uyğun olan peşələrə yönəldilməsi, gələcəkdə həmin sahələr üzrə işə düzəlməsi olmuşdur.                                

Tədbirdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gənclər, onların  valideynləri ətraflı məlumatlandırıblar. Məşğulluq  xidmətləri, peşə hazırlığı və əlavə  təhsil  kursları, aktiv məşğulluq tədbirləri haqqında geniş məlumatlar verilmişdir.

Müzakirələrdə yuxarı sinif şagirdlərini və müəllimləri maraqlandıran suallar Mərkəzin baş məsləhətçisi Ağadadaş Cəfərov və Təhsil Şöbəsinin məsləhətçisi Yelmar Hüseynov tərəfindən cavablandırılmışdır.