Fəaliyyətimiz

23.10.2008

Məzun və tələbələrin əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlər haqqında

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf konsepsiayasında 2004-2008-ci illər ərzində ölkədə yeni iş yerlərinin yaradılması mühüm müddəalardan biridir. Ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən, əhalinin rifah halının yaxşılaşdırılması məqsədinə ünvanlanan bu təşəbbüs ölkəmizdə iqtisadi inkişafın ilbəil sürətlənməsi, yeni infra strukturların yaradılması, yeni iri iqtisadi layihələrin gerçəkləşdirilməsi, qeyri-neft sektorunun canlanması, kiçik və orta sahibkarlığın geniş vüsət alması respublikada investisiya mühütünün şəffaflaşdırılması müqabilində tam realdır və fərəhlə qeyd etmək olarki, dövlət başçısının ölkənin, o cümlədən regionların sosial-iqtisadi tərəqqisinə xidmət edən böyük və ardıcıl səyləri sayəsində ölkədə bir-birinin ardınca yeni müəssisələr, iş yerləri açılır.
Dövlət başçısı tərəfindən imzalanan, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı fərman və sərəncamlarında, təsdiqlənən proqramlarda, o cümlədən 15 may 2007-ci il tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”nda qarşıya qoyulan başlıca vəzifələrdən biri də qeyri məşğul vətəndaşların, xüsusəndə gənclərin məşğulluğunun təmin olunmasıdır.
Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları qeyd olunan Dövlət Proqramlarından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi məqsdi ilə öz fəaliyyətini məhz işgüzarlıq və səmərəlilik prinsipi üzərində qurur, sosial-iqtisadi inkişafın və yeni iş yerlərinin yaradılması işlərinin sürətli xarakter aldığı indiki vaxtda məşğulluğun təminatı üçün yaranan real imkanlardan maksimum istifadə etməyə və əhalinin layiqli işlə təmin olunması işini yüksək səviyyədə yerinə yetirməyə səy göstərir.
İşaxtaran və işsiz vətəndaşların, xüsusiilə gənclərin layiqli işlə təmin olunmaları sahəsində Məşğulluq Xidməti orqanları tərəfindən birsıra fəal tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Gənclərə dqqət və qayğının artırılması məqsədlə təsdiq olunmuş Fərman və Sərəncamlar Məşğulluq Xidməti orqanları qarşısında da mühüm vəzifələr qoymuşdur.
Belə ki, Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədi ilə 2007-ci ildə ilk dəfə olaraq Bakı, Gəncə və Mingəçevir şəhərlərində “Karyerada ilk addım” devizi altında tədbirləri keçirilmişdir. Bu tədbirlərə 133 müəssisə tərəfindən 600-dən yuxarı boş (vakant) iş yerləri təqdim edilmiş, tədbirlər nəticəsində 289 nəfər münasib işlərlə təmin olunmuşdur. Tədbirlərin keçirilməsində əsas məqsəd tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, iş adamlarına (sahibkarlara) gələcək seçiminin aparılmasına köməklik göstərmək və eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə boş (vakant) iş yerlərinə cəlb olunmalarına köməklik göstərməkdir. Bununla yanaşı cari ildə də məzun və tələbələrin aldıqları ixtisaslar üzrə iş yerlərinə cəlb olunmaları məqsədi ilə tədbirlərin keçirilməsi davam etdirilir. Belə ki, Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən ali təhsil ocaqlarının məzun və tələbələrin aldıqları ixtisaslar üzrə iş yerlərinə cəlb olunmaları məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilmişdir ki, bu tədbirlərdə 272 müəssisə 1560 boş (vakant) iş yerləri ilə iştirak etmiş, nəticədə 422 nəfər məzun və tələbə işlə təmin olunmuş, 200 nəfərə yaxın peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınmış, 2413 nəfər məzun və tələbə tərəfindən müəsisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsdi ilə isə 223 nəfər məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınmışlar.
Əmək bazarındakı tələbatı nəzərə alaraq tələbələr üçün növbəti tədbirin cari ilin oktyabr ayının 31-də Azərbaycan Turizm İnstitutunda keçirilməsi qərara alınmışdır.
Tədbirlərin keçirilməsi zamanı Məşğulluq Xidməti orqanlarının işçilərinin iştirakı ilə məzun və tələbələrin, eləcə də işəgötürənlər arasında geniş təbliğat və izahat işləri aparılaraq, respublikanın aparıcı mətbuat orqanlarının səhifələrində işəgötürənlərə və işaxtaran vətəndaşlara müraciət və elanlar verilmişdir.