Fəaliyyətimiz

13.11.2014

Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) təşkilatçılığı ilə “Gənclərin sahibkarlıq fəaliyyəti və sosial sahibkarlıq: Dövlət Məşğulluq Xidmətlərinin rolu” mövzusunda seminar keçirilmişdir.

Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının və Türkiyə Məşğulluq Xidmətinin (İŞKUR) birgə təşkilatçılığı ilə 20-22 may 2014-cü il tarixlərində Türkiyənin Antalya şəhərində “Gənclərin sahibkarlıq fəaliyyəti və sosial sahibkarlıq: Dövlət Məşğulluq Xidmətlərinin rolu” mövzusunda seminar keçirilmişdir. Seminarda ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçiləri Əli Bürcəliyev və Rəşad Əsgərli iştirak etmişdir.

Tədbirdə gənclərin işsizliyi Avropada mühüm problemlərdən biri olduğu qeyd olunub. Bir çox ölkələrdə gənclər iş axtarmaq və əmək bazarında qalmaq üçün mübarizə aparırlar. Sahibkarlıq həm gənclərin işsizliyi ilə mübarizə aparmaq, həmçinin də sosial problemlərin yeni həll yollarının axtarışı üçün bir imkandır. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin işsizliyin aradan qaldırmasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək, onların bu sahəyə olan meyllərini artırmaqdır. Seminarda WAPES-ə üzv olan 20 ölkənin nümayəndələri iştirak etmişlər.   

Seminar Türkiyənin Soma şəhərində baş vermiş faciə ilə əlaqədar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Seminarı İŞKUR-un baş ofisinin rəis müavini açaraq bu tədbirin gənclərin işsizlik probleminin aradan qaldırmasında sahibkarlıq fəaliyyətinin son dərəcədə əhəmiyyətli rol oynadığını və mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Tədbirdə Gənc sahibkarların Avropa Konfederasiyasının, eləcə də Azərbaycan, Xorvatiya, Macarıstan, Fransa, Kamerun, İngiltərə və Türkiyə Məşğulluq Xidməti orqanlarının nümayəndələri öz təqdimatları ilə çıxış edərək ölkələrində gənclərin sahibkarlıq fəaliyyəti sahəsində görülən işlər haqqında, onların rastlaşdıqları çətinliklərdən və həlli yollarından danışıblar.