Fəaliyyətimiz

14.04.2014

Odlar Yurdu Universitetində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilmişdir

Odlar Yurdu Universitetində “Karyerada ilk addım”devizi altında tədbir keçirilmişdir. Tədbirdə 9-u dövlət, 77-i qeyri-dövlət olmaqla 86 müəssisə və təşkilat tərəfindən 855  boş (vakant ) iş yerləri təqdim olunmuşdur. Tədbirinin yekunu olaraq 216 nəfər məzuna müvafiq iş yerlərinə göndəriş verilmiş, müxtəlif işəgötürənlər tərəfindən 515 nəfər məzunun şəxsi məlumatları (CV-ləri) toplanmış və onlarla fərdi iş aparılması nəzərdə tutulmuşdur. Bu  tədbirdə  “Nurgün Qrup” MMM, “European Tobacco–Baku” ASC, “Ata Holdinq” ASC, “Acces Bank”, “Para Bank” ASC,  “MBC Bank” ASC, “Bakcell” LTD, “Azercell” Telecom MMC, “Ata Bank” ASC , “Rabitə Bank” BSC, “Holcim” Qaradağ Sement ASC, “NORM” Şirkəti, “Avanqard N” MMC və  digər   iri şirkətlər  iştirak etmişdir.Odlar Yurdu Universitetində keçirilən tədbirin gedişində tələbə və məzunların sosial adaptasiyası üçün məsləhət otağı fəaliyyət göstərib. Məsləhət otağının köməyi ilə tələbə və məzunlara iş axtarmağın metodologiyası aşılanır, onlara işaxtarma şəbəkəsini müəyyənləşdirmək, özünü təqdimat və mövcud əmək bazarı haqqında məlumatlar verilib. Eyni zamanda, tədbirdə Dövlət Məşğulluq Xidmətinin məlumat bazasında mövcud olan boş iş yerləri də işaxtaranların seçiminə təqdim edilib.Tədbirdə işsiz və işaxtaranların müvəqqəti xarakterli işlərlə təmin olunması məqsədi ilə Səyyar Əmək Birjası da iştirak etmişdir. Tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli  və digər məsul şəxslər  iştirak edib və tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olublar.Respublikamızın ali təhsil ocaqlarında  “Karyerada ilk addım” devizi  altında keçirilən tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.