Fəaliyyətimiz

05.10.2011

Bakı şəhərinin rayonlarında lokal məşğulluq tədbirləri genişləndirilir

       Məlum olduğu kimi, işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyası daimi təkmilləşdirmələr və operativ lokal tədbirlərin görülməsini şərtləndirir. Bazar iqtisadiyyatı şəraitində əmək bazarının tələb və təklifləri nəzərə alınmaqla, bu kimi tədbirlərin təşkili işaxtaran vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tapşırıqlarına əsasən Bakı şəhərinin rayonlarında lokal və effektivli aktiv məşğulluq tədbirləri kimi mini “Əmək yarmarkaları”nın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bunları nəzərə alan, Bakı şəhər Məşğulluq İdarəsi Rayon Məşğulluq Mərkəzləri ilə birlikdə ixtisaslaşdırılmış mini “Əmək yarmarkaları”nın səmərəli və məhsuldar keçirilməsi üçün əlavə tədbirlər həyata keçirirlər.
       26 sentyabr 2011-ci ildə Nərimanov rayonunda keçirilmiş mini “Əmək yarmarkası”nda 5 işəgötürən müəssisə iştirak etmiş və onlar tərəfindən 81 vakansiya işaxtaran vətəndaşlara təqdim edilmişdir.
       27 sentyabr 2011-ci ildə Səbail rayonunda ixtisaslaşdırılmış mini “Əmək yarmarkası”nda işaxtaranlara 30 vakansiya təqdim olunmuşdur. Yarmarkada 10 nəfər işaxtaran vətəndaşa işədüzəlmək üçün göndərişlər verilmiş və 1 nəfər peşə hazırlığı kursuna cəlb olunmuşdur. 28 sentyabr 2011-ci ildə Nəsimi rayon Məşğulluq Mərkəzində ixtisaslaşdırılmış, yəni iqtisadiyyatı, marketinq, menecment və sığorta xidmət sahələri işləyən üzrə mini “Əmək yarmarkası” təşkil olunmuşdur. Yarmarkada 58 vakansiya ilə 5 iri işəgötürən müəssisə iştirak etmişdir. Bu tədbirdə 31 nəfər işaxtaran vətəndaşa göndərişlər verilmişdir.
       29 senytabr 2011-ci il tarixdə Xəzər rayonunda keçirilmiş mini “Əmək yarmarkası”nda 10 müəssisə tərəfindən 69 vakansiya işaxtaranlara təqdim edilmiş və onlardan 18 nəfərinə müxtəlif vakansiyalar üzrə işə düzəlmək üçün göndərişlər verilmişdir.
       30 sentyabr 2011-ci ildə Bakı şəhər “Əmək birjası”nda Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən mini “Əmək yarmarkası” təşkil edilmişdir. Bu tədbirdə 4 iri işəgötürən təşkilat iştirak etmiş və onlar tərəfindən 50-yə yaxın vakansiyalar işaxtaranların ixtiyarına verilmişdir. Bu tədbirlər Bakı şəhər Məşğulluq İdarəsində ciddi təhlil edilir və daim nəzarətdə saxlanılır. Belə lokal aktiv məşğulluq tədbirlərinin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.